“Aktiv sahibkarlıq fəaliyyəti qurmaq istəyən şəxslərə bu cür güzəştli kreditin verilməsi yaxşı haldır”
“Aktiv sahibkarlıq fəaliyyəti qurmaq istəyən şəxslərə bu cür güzəştli kreditin verilməsi yaxşı haldır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi göstərilən şərtlərlərin əhəmiyyətindən danışarkən deyib. Xalid Kərimlinin sözlərinə görə, bazarda kommersiya kreditləri 9-12% arasındadır:
“Bu o deməkdir ki, əgər 2/3-i dövlət tərəfindən subsidiyalaşsa effektiv faiz dərəcəsi sahibkarlar üçün 3-4%-ə düşəcək. Bu çox yaxşı faizdir. Burada 90 faizədək hissəsinə Dövlət İpoteka və Zəmanət Fondu təminat verəcək və girov tələb olunmayacaq. Şərtin ikisi də yaxşıdır. Çünki sahibkarları həm faiz xərci sıxır, həm də eyni zamanda əlavə kredit götürməsi zamanı girov tapmaq çətinlikləri var. Bu imkan verəcək ki, orada iş görmək istəyən sahibkarların maliyyəyə çıxışı rahat təmin olsunsun”.
Xalid Kərimli işğaldan azad olunan ərazilərdə iş rejimi, xərclərin çox və yaşayış şərtlərinin isə ağır olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlanıb. Bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay