"Universitetlərdə hərbi kafedralar bərpa olunsun, məzun olanlar isə ordu sıralarına zabit kimi qoşulsunlar"
Vaxtilə Azərbaycanın ali məktəblərində hərbi kafedralar da fəaliyyət göstərirdi. Lakin uzun illərdir ki, bu tendensiya unudulub. Halbuki, hərbçi zabitlərin yetişdirilməsində universitetlərdə fəaliyyət göstərən hərbi kafedraların da mühüm rolu vardır.
Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrində hərbi kafedraların bərpasını vacib hesab etdi:
“Azərbaycanın ali təhsil müəssisələrində 1994-cü ildən bəri hərbi kafedralar fəaliyyət göstərmir. Hərbi kafedra müəllimlərinin həmin dövrlərdə müharibəyə cəlb edilməsi bu məsələdə rol oynayıb. Kadr çatışmamazlığı da həmi dövrdə var idi. Bu kafedralarda çalışan müəllimlərin əksəriyyəti sovet ordusundan qalma, ehtiyata buraxılmış yaşlı zabitlər idi. Amma ordu quruculuğu prosesində onların təcrübələrindən istifadə olundu. Atəşkəs dövründən sonra universitetlərdə hərbi kafedraların bərpası imkanları mövcud idi. Bir sıra universitetlərdə maddi-texniki baza da vardı. Amma təəssüf ki, bu istiqamətdə addım atılmadı. Ermənistanda isə orta məktəblərdə hərbi dərslərin tədris və ali məktəblərdə hərbi kafedralar qalmaqdadır. Ona görə yaxşı olar ki, universitetlərdə hərbi kafedralar bərpa olunsun. Oradan məzun olanlar isə ordu sıralarına zabit kimi qoşulsunlar. Lakin hələ təəssüf ki, bu məsələ ilə bağlı nə Nazirlər Kabineti, nə də Elm və Təhsil Nazirliyinin təşəbbüsü yoxdur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay