Dövlət əmlakının icarə qiymətlərinin aşağı salınması nədən xəbər verir? (ŞƏRH)
"Dövlət əmlakının icarə qiymətlərinin aşağı salınması barədə düşüncələr təddirəlayiq haldır".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dövlət əmlakının icarəsi üzrə tariflərin azaldılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
O bildirib ki, bu təklif eyni zamanda dövlət büdcəsinin gəlirlərinin sabit qalacağına işarə verir:
"Dövlət əmlakının icarə qiymətlərinin nisbətən aşağı salınması barədə düşüncələr var. İqtisadiyyatın genişlənməsini bununla stimullaşdıracaqlar. Ümumdaxili məhsulu genişləndirmək, artırmaq üçün iqtisadiyyatın inkişafını stimullaşdırmaq lazımdır. Bu da stimullaşdırıcı yollardan biridir".
Akif Nəsirli Azərbaycanda kifayyət qədər çoxlu dövlət əmlakı və dövlət şirkətləri olduğunu qeyd edib:
"Dövlət əmlaklarının icarəyə verilməsi məsələsində stimullaşdırıcı əlamətlər görünür. Məsələn, eyni bir funksiyanı yerinə yetirən dövlət əmlakı özəl əmlakdan xeylu ucuz təklif olunur. Qazaxıstan, Özbəkistan, Tacikistanda bu proses belədir, onlarda da kifayyət qədər dövlət əmlakı var. Dövlət əmlaklarının icarəyə verilməsində həmişə dövlət güzəştə gedir ki, iqtisadiyyatın genişlənməsini stimullaşdırsın".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəsi üzrə tariflərin azaldılması ilə bağlı hökumətə müraciət edib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay