BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41337

Elm və Təhsil Nazirliyindən məlumatına görə, 2024-cü ilin sentyabrın 15-dən təhsil sistemində yeni qaydalar tətbiq olunacaq.

Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.

Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.

Valyuta.az-a açıqlamasınsa təhsil eksperti Kamran Əsədov bildirir ki, bu addım mütəxəssislərin yüksək göstəricilərlə əmək bazarına daxil olmasına imkan verəcək:

“İlk növbədə onu deyim ki, Azərbaycanın 51 ali təhsil müəssisəsində 187 min və 51 orta ixtisas təhsil müəssisəsində 30 minə yaxın tələbə təhsil alır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən tələbələt təhsil aldıqları müddətdə istehsalat təcrübəsində olmalıdır. Onun mahiyyəti odur ki, tələbələr əldə etdikləri nəzəri bilikləri praktik olaraq təcrübədən keçməli və bu bilikləri möhkəmləndirməlidirlər. Azərbaycan təhsil sistemi 2005-ci ildən Boloniya sisteminə qoşulub. Burada ən vacib məqamlardan biri tələbələrin istehsalat təcrübəsi müddətinin artmasıdır. 

Bu qaydalar ali və orta ixtisad təhsili sahəsində keyfiyyəti artıracaq. İndiyə qədər bunlar formal xarakterli idi və o qədər də kritik əhəmiyyəti yox idi. Amma artıq istehsalat təcrübəsi 1,5 kreditlə qiymətləndiriləcək. Nəticədə tələbələrə əmək fəaliyyətinə başlamamışdan əvvəl müəyyən təcrübəyə malik olacaqlar. 

İşə düzələrkən ali məktəbi bitirənlərdən iş təcrübəsinin olub-olmaması soruşulur. Tələbələrin bu kreditləri isə onların müəyyən təcrübəyə malik olduqlarının göstəricisi olacaq. Bu vəziyyət əmək bazarına daha bilikli və bacarıqlı mütəxəssislərin daxil olmasına gətirib çıxaracaq. İndiyə kimi isə təcrübələr formal xarakter daşıyırdı. İndisə tələbələr bunu tam şəkildə yerinə yetirməli olacaq və buna görə kredit alacaq. İstehsalat təcrübəsini yerinə yetirə bilməyənlər diplom da ala bilməyəcək”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin