BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41324

Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq. Dördgünlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcək. Almaniya mediasının məlumatına görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək. Dördgünlük həftə tədqiqatının bu ilin avqust ayına qədər davam edəcəyi, təcrübədə 45 şirkətin iştirak edəcəyi vurğulanır. Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Qeyd edək ki, 2023-cü il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq edilib. Bununla bağlı Respublikanın Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilib, ölkə Prezidenti Kasım-Jomart Tokayev bu dəyişiklikləri bəyənib. Qazaxıstanda əmək qanunvericiliyinə edilən yeniliklərin məqsədi ölkə sakinlərinin istirahət etmələri üçün onlara daha çox vaxt vermək olub. Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri də nəzərdə tutulub. İş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəyyən olunur. Bəzi təşkilatlarda beşgünlük və altıgünlük iş həftələri növbələşdirilir. Qazaxıstanda dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır.

Qısaldılmış iş həftəsi sosial-iqtisadi baxımdan nə dərəcədə səmərəlidir? Dördgünlük proqram insanların əmək məhsuldarlığına, dövlət və özəl sektora necə təsir edə bilər?

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Medianews.az-a bildirib ki, bəzi Qərb ölkələrində belə eksperimentlər həyata keçirilir. Hüquqşünasın sözlərinə görə, belə eksperimentlər həyata keçirən müəssisələrdə iş gününün qısaldılması hasilat həcmini azaltmır, yeni texnologiyanın tətbiqi nəticəsində biznes uduzmur: “Bu müəssisələrdə çalışanlar həftənin 5-6 iş gününə hasil etdiklərini, 4 iş günündə də hasil edirlər. Onların 4 gün işləməyi maaşlarına təsir etmir, azalma baş vermir. Əmək haqqından əlavə, hasilatda da azalma baş vermir. Burada həm biznes, həm də işçilər qazanır. Biznes hasilatı 6 günə deyil, 4 gündə icra etməklə qazanır. Nəticədə əlavə enerji itkisinə və iş xərclərinə yol verilmir. İşçilər də daha çox istirahət etmiş olurlar”.

S.Məmmədov qeyd edib ki, belə təcrübələr IV Sənaye İnqilabının baş verdiyi ölkələrdə, qabaqcıl müəssisələrdə həyata keçirilir. Azərbaycana gəlincə, hüquqşünas söyləyib ki, özəl şirkətlər dördgünlük iş rejimini tətbiq edə bilərlər, amma dövlət qurumlarında bu, mümkün deyil: “Bizdə qeyri-formal əmək bazarının həcmi o qədər böyükdür ki, işçilər nəninki 8, hətta 12 saat işlədilir. Üstəlik, bəzi hallarda əmək müqavilələri də olmur. Təəssüf ki, bu cür çatışmazlıqların qarşısını tam ala bilməmişik. Lakin Azərbaycandakı özəl şirkətlər Avropadakı kimi dördgünlük iş həftəsi rejimini tətbiq edə bilərlər. Bu, onların sərbəst seçimidir. Qanunvericilik buna qadağa qoymur. Amma dövlət orqanlarında, büdcə təşkilatlarında isə bu, mümkün deyil”.

Hüquqşünasın qənaətincə, Azərbaycanda, hətta Almaniyada da elə sahələr var ki, orada işi dayandırmaq mümkün deyil: “Dövlət orqanlarının fəaliyyətini həftənin 7 günündən 4 iş gününə endirmək qeyri-mümkündür. Buraya idarəetmə sistemi, polis, məhkəmə, həkim, notarius, təcili yardım və sair bu kimi sahələr, işlər daxildir. Onların fəaliyyəti dayana bilməz. Həyatı təmin edən sahələr növbəlilik prinsipi ilə həftənin 7 günü 24 saat ərzində işləyir. O baxımdan Almaniyada tətbiq edilən dördgünlük iş həftəsi rejimi bir eksperimentdir və çoxdandır müzakirə mövzusudur. Bizdə dövlət orqanları deyil, hansısa şirkət götürüb bunu tətbiq edərsə, qanunvericilikdə ona problem olmayacaq. Lakin dövlət qurumlarının bu eksperimenti tətbiq etməsi üçün ayrıca qanun olmalıdır. Belə bir qanunun olacağını isə gözləməyə dəyməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin