BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
41002

“Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın iqtisadi artım templəri aşağı düşüb, biznes sferasında müəyyən daralmalar baş verib”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı ölkəyə pul köçürmələrinin azalması ilə bağlı səbəblərdən danışarkən deyil. Ekspert hesab edir ki, iqtisadiyyat həcm baxımından kiçilirsə, vətəndaşların həmin iqtisadiyyatdan pay almaq fürsətləri azalır:

“Belə vəziyyətdə vətəndaşlar, biznes subyektləri, bazar iştirakçılarının gəlirləri azalmağa doğru gedir. Rusiyada yaşayan soydaşlarımızın da gəlirləri azaldığına görə, ölkəyə pul baratları formasında göndərilən vəsaitlərin həcmi kiçilib. İkincisi, həm də Azərbaycan bütün quru sərhədləri bağlı saxlayıb və ölkəyə giriş-çıxış məhdudlaşdırılıb”.

Ekspert Rusiya iqtisadiyyatının Qərb və Avropa ölkələrinin sanksiyalarının təsiri altına düşdüyünü qeyd edib:

“Ölkəyə investisiya axını məhdudlaşıb. İnvestisiya axını azaldığına görə ölkədə iqtisadi artımın templəri də aşağı düşür. Belə vəziyyətdə vətəndaşların gəlirləri, bazarda işgüzar aktivlik aşağı düşür. Bunun fonunda vətəndaşların gəlirləri də azalır. Onlar istehlak xərclərdən imkan edib yığımlarını artıra bilmirlər. Gəlir aşağı düşdüyünə görə vətəndaşlar özlərinin zəruri xərclərini çətinliklə qarşılayırlar. Bundan sonra onların yığım etmək üçün vəsaitləri az qalır. Bu da ölkəyə pul köçürmələrinin sayına təsir edir”.

Məhəmməd Talıblı deyir ki, ölkədə maliyyə axınları üzərinə Mərkəzi Bankın ciddi nəzarət imkanları artıb:

“Vətəndaşlardan həmin vəsaitin hansı mənbələrdən əldə olunması, hansı sahəyə vəsaitin köçürülməsi, hansı mənbələrdən daxil olması ilə bağlı Mərkəzi Bank sərt tələblər formalaşdırıb. Ölkəyə 20 mindən çox daxil olan vəsaitlərin üzərində ciddi nəzarət imkanları yaradılıb. Bütün bunların hamısı ölkəyə maliyyə imkanlarının axınını məhdudlaşdırıb”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən ötən il Azərbaycana xaricdən pul köçürmələri 3,3 mlrd. manatdan çox azalıb. 2022-ci ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.3 dəfə və ya 3 milyard 330.6 milyon manat, banklardan xaricə köçürmələr isə 38.6% və ya 388 milyon manat azalıb.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

Ölkədə dollara tələb azaldı – Son rəqəmlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bazar günü imtahan olacaq

“Baku Steel Company” şirkətində yeni təyinat

Bəzi təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Xarici turistləri rayonlara necə cəlb etmək olar?

Bu il Düşənbədən Bakıya aviareys açılacaq

Beynəlxalq marşrutlar üzrə biletlər bu halda qaytarılacaq - Qaydalar

Azərbaycan bu ay Bolqarıstanın təbii qaza olan tələbatının 76,6 %-ni ödəyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin