“AFB Bank”ı kredit faizlərini qaldırmağa nə vadar edib?
“AFB Bank”ın məlumatına görə, yanvarın 22-dən etibarən kredit faizlərini artırıb.
Məlumata görə, nizamnamə kapitalı 70,4 milyon manat olan "AFB Bank” nağd pul kreditini 2 faiz bəndi bahalaşdıraraq 13,99 faizə çatdırıb. Bundan əvvəl, bu kredit müştərilərə 11,99 faiz şərtilə təklif edilirdi.
Görəsən, “AFB Bank”ı kredit faizlərini qaldırmağa nə vadar edib?
Valyuta.az-a açıqlamasında maliyyə bank eksperti Əkrəm Həsənov bildirir ki, “AFB Bank”ın kredit faizlərini qaldırması ucuz kreditlərə çıxışının olmamasından qaynaqlanır:
“Hazırda banklarda ikili tendensiya gedir. Bəziləri kredit faizlərini azaldır, bəziləri isə artırır. Mövcud şəraitdə hansı bankın ucuz vəsaitlərə çıxışı yoxdursa, kredit faizlərini bahalaşdırmağa məcburdurlar. Deməli, “AFB Bank”ın da ucuz vəsaitlərə çıxışı yoxdur deyə, kredit faizlərini artırmağa məhkum olub. Bu bankların əmanət faizləri də bir qayda olaraq yüksək olur. Əhalidən daha yüksək əmanət cəlb edirlər. Ona görə kredit verəndə faizləri də qaldırmağa məcburdurlar. Ucuz pulları olan banklar isə əksinə, kredit üzrə faizləri endirir ki, müştəri cəlb edə bilsinlər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay