Azərbaycana gətirilən avtomobillərin sayının artmasına səbəb nədir?
“Azərbaycanın avtomobil idxalı artıb. Avtomobillərin sayının bu qədər artması maraq doğurur”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli 2023-cü ildə Gürcüstandan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobilin ixrac edilməsindən danışarkən deyib. Ekspert Gürcüstanın avtomobil istehsalçısı olmadığını və oradan ancaq tranzit kimi istifadə olunduğunu qeyd edib:
“Gürcüstanın özünün sənayesi yoxdur. Ümumi qiymət artımına gələndə 40% ümumi avtomobillərin dəyərində artım var. Əgər 2022-ci ildə gətirilən bir avtomobilin orta dəyəri 12 min 300 dollar idisə, 2023-cü ildə bu 17 min 190 dollara qalxıb. Digər maraqlı artım hibrid avtomobillərinin dəyərindədir. Təqribən 2 dəfəyə qədər artım var. Əgər 2022-ci ildə 13 min 700 dollar orta bir hibrid avtomobilinin dəyəri idisə bu gün həmin rəqəm 27 min 400 dollar olub. Elektrik mühərrikli avtomobilin dəyərində də artım var, bu isə 11%-dir”.
Xalid Kərimli avtomobillərin qiymətinin artma səbəblərini də izah edib:
“2023-cü ildən köhnə avtomobillərin ölkəyə gəlişi qadağan edilib. Hazırda 10 ildən yuxarı yaşı olan avtomobili ölkəyə gətirmək olmaz. Bu ən əhəmiyyətli təsirdir. İkinci böyük təsir isə insanların daha çox elektrik və hibrid avtomobillərə marağının artmasıdır. İnsanlar daha çox belə avtomobillərə üstünlük verirlər”.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobil ixrac edib. Gürcüstanın Milli Statistika İdarəsi bildirilib ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay