BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40484

Qurulan bizneslərin bir çoxu fəaliyyət göstərə biımir. Hər hansı səbəbdən uğursuz olur, inkişaf edə bilmir. Bəzən çox pul yatırılır, dizayn və yerləşmə də yaxşıdır, amma biznes inkişaf etmir. Yeni yaradılan bizneslər niyə inkişaf etmir?

Valyuta.az-a rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Rəqsanə Məmmədovanın bu mövzuda yazısını təqdim edir.

Orta hesaba görə, bizneslərin 90 faizi ilk 3 il ərzində bağlanırlar. Bu yalnız Azərbaycanda deyil, bütün dünyada belədir. Bunun müxtəlif səbəbləri var. Onlar aşağıdakı kimidir. 

1. Maliyyə dözümlüyünün az olması

Çox az bizneslər ilk fəaliyyət dövrlərində gəlir gətirir. Şirkətlərin əksəriyyəti ilkin mərhələdə ziyana işləyir. Hətta bəzən 2-3 il şirkət ziyana işləyə bilər. Yetəri qədər maliyyə vasitəsi olmasa, şirkətlər bağlana bilər. Məhşur amazon.com saytı 5 ildən artıq ziyana işləyib. 

2. Rəqib üstünlüyünün olmaması

Ümumən rəqib üstünlüyü qoruyub saxlamaq lazımdır. Müştəri cəlb edib, təkrar satışları təşkil etmək üçün məhsul rəqiblərdən fərqlənməlidir. Yoxsa alıcı başqa şirkətə gedəcək. Nə vaxtsa mobil telefonlar bazarının kralı sayılan "Nokia" və "Black Berry" bazar paylarını, "Apple" şirkətinə  verdilər.

3. Kadr siyasəti

Şirkət yeri yarananda düzgün və effektiv komanda üzvləri cəlb etməlidir. Çünki yalnış kadrlar şirkəti uçuruma apara bilər. Müasir şirkətləri güclü edən bir şəxs deyil, bir ideya ətrafında birləşən komandalardır.

4. Marketinq büdcələrinə qənaət

İndiki dövrdə çox defisit çox az bazarlarda var. Əksinə təklif tələbatdan çoxdur. Bu səbəbdən müştərinin diqqətini cəlb etmək üçün marketinq  büdcələrinə maksimum dərəcədə pul ayrılmalıdır. Bura endirim kampaniyaları, reklam büdcələri, promo aksiyalar və s. daxildir. 

5. Satış strategiyasının səhv yaradılması

Ümumən mən hesab edirəm ki, şirkət yaratmamışdan əvvəl satışı düşünmək lazımdır. Satış şirkətin döyünən ürəyidir. Satış sistemi səhv qurulsa, şirkətə daim pul gəlməsə, onun ayaqda qalması mümkün deyil. 

6. Qiymət müharibələri

Çox şirkətlər düşünür ki, ucuz qiymət təklif etməklə qısa müddət ərzində çoxlu sayda müştəri cəlb edə bilərlər. Amma ucuz qiymət kapitalın gəlirlik səviyyəsini azaldır. Yəni müştərin olur, amma gəlirlərin azalır. Rəqib şirkətdə cavab olaraq qiyməti azaltsa, yeni şirkət məcbur olub yenə də qiyməti salmalıdır. Bunun sonu uğursuzluqdur. Şirkət yalnız ucuz qiymət üzərində qurula bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Marketlərin qarşısında yük boşaldan avtomobillərə niyə cərimə yazılır?

Kimlər natamam və qısaldılmış iş vaxtından istifadə edə bilər?

Bitcoin və Etherium yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

Avro və rubl bahalaşdı - Məzənnə

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan neftinin qiyməti ucuzlaşmaqda davam edir

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Payızdan etibarən bu ölkədə dördgünlük iş həftəsi tətbiq ediləcək

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin