BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
40341

Görəcəyimiz işin keyfiyyətli olmasında komandanın əhəmiyyəti böyükdür. “Yaxşı komanda formalaşdırmaq işin yarısını görmək deməkdir” deyirlər. Bəs yeni komanda yaradan zaman bura hansı bilikli şəxslər cəlb edilməlidir?

Biznes konsultant Elxan Sultanlı bu barədə Valyuta.az-a bildirdi ki, biznesin ərsəyə gəlməsinin əsas üç təməl prinsipi varsa, onlardan biri də komanda yaratmaq məsələsidir: “Komanda formalaşdırmaq ciddi zaman alır, maddi və mənəvi ciddi alıntıları olur, amma düzgün komanda formalaşdırdıqdan sonra bunu qat-qat əvəz etmək olur. Yerləşmə yeri, satış nöqtəsi, infrastruktur, satılan məhsul çox yaxşı ola bilər, amma bu yükü çiyinlərinə ala biləcək komanda yoxdursa, bunun çox da mənası yoxdur”. 

Biznes konsultant düzgün komanda seçən zaman bir neçə məqama diqqət yetirməli olduğumuzu qeyd etdi: “Komandaya seçəcəyimiz adamın xarakterinin bizim işimiz ilə uyğunluğuna diqqət yetirmək lazımdır, çünki hər biznesin oturuşmuş xarakteri var. Hansı kateqoriyada olmasından asılı olmayaraq, mütləq bütün əməkdaşlarda satış potensialı olmalıdır. Biznesin özəyini satış təşkil edir. Satış bacarığı olmasa belə, bunu sonradan formalaşdırmaq mümkündür, amma satış duyumu mütləq olmalıdır”. 

“Komandaya seçəcəyimiz əməkdaşın öyrənməyə açıq olması vacib amillərdəndir. Dünyada beş il öncə trenddə olan peşə növləri demək olar ki, heç biri hazırda trenddə deyil, sürətlə dəyişir. Özünü öyrənmə bacarığı bazarda artıq əsas rol oynamağa başlayıb. Bu xüsusiyyətləri özündə formalaşdıran, öz üzərində işləyən əməkdaşları cəlb etmək lazımdır” - deyə, o, qeyd etdi. 

Konsultant rəhbərin müntəzəm olaraq əməkdaşlarla disskusiyalar aparmasının, onların problemini görməsinin vacib olduğunu vurğuladı: “Çünki əməkdaş robot deyil, hansısa vaxt müddətində işləyəcək və əmək haqqı alacaq formasında yaxınlaşmaq doğru olmaz. Əməkdaşın da sahibkarlar və bütün insanlar kimi ailə, maddi problemlər və səhhətində problem ola bilər. Rəhbər əməkdaşın yanlız maddi problemlərini deyil, bütün problemlərini duymalı və müntəzəm olaraq onunla söhbətlər aparmaldır. Bu da çox vacib faktorlardan biridir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Yaponiya maye qazı əvəz edəcək yanacaq növü tapdı

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin