BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40042

Paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planında göstərilir ki, 2020-2040-cı illərdə Bakı şəhərinin inkişafı üçün 93,6 milyard manat məbləğində vəsait tələb olunur.

Baş plana əsasən, bu vəsait 5 istiqamətdə tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

Şəhər ərazisinin inkişafı üçün 47,6 milyard manat, nəqliyyat infrastruktunun inkişafı üçün 16,9 milyard manat, mühəndis-kommunikasiya sistemlərinin inkişafı üçün 15,32 milyard manat, bərpa olunan enerji mənbələrinin inkişafı üçün 4,3 milyard manat və ətraf mühitin qorunması tədbirləri üçün 9,5 milyard manat məbləğində vəsait tələb olunur. 

Maraqlıdır, bu qədər vəsait Baş planda qarşıya qoyulan məqsədlərə çatmağa bəs edəcəkmi? Başlıcası, bu vəsait hansı mənbələr hesabına toplanacaq?

Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Baş plan məntiqə və reallığa uyğun olub-olmamaq, həyata keçməsi üçün lazım olan vəsaitin hansı mənbələr hesabına yığılacağı kimi məsələlərə hələlik cavab vermir: 

“93,6 milyard manat vəsait qarşıdan gələn 16 illik zamanı nəzərə alsaq ilə təxminən 5,8 milyard manat deməkdir. Bu fonda əsas məsələ ölkənin həmin pulu hardan ala bilcəyidir? Qarabağ və işğaldan azad olunmuş digər torpaqların bərpasına da hər il ortalama 5 milyard vəsait lazımdır. Bu iki məsələnin həlli üçün ortalama 16 ilə 160-170 milyard manat lazım olacaq. O da var ki, Azərbaycanda həmişə işin gedişində hansısa bir layihəyə ayrılan vəsait əvvəl nəzərdə tutulandan artıq başa gəlir. Ölkə bu minvalla həmin iki layihənin həyata keçməsi üçün ilə əlavə 10 milyard manatı necə qazanacaq? Hazırda dövlət büdcəsi 35 milyard manat civarındadır. Belədə, büdcənin az qala 30 faizi məhz bu iki məqsədə xərclənəcək. Belə olan halda, vəsaitin yerdə qalan hissəsilə ölkə necə dolanacaq? Deməli, ölkənin əlavə pula, əlavə yatırımlara ehtiyacı var. Hökumət əsasən də bu suala cavab tapmalıdır. Bu sualların cavabı yoxdursa, Baş planın yerinə yetiriləcəyi şübhə doğurur. Vəsaitin artması üçün iqtisadiyyat liberallaşmalı, rəqabətli mühit yaradılmalı, xarici investorlar üçün yaxşı şərait yaranmalıdır. Amma indilikdə bunun əksini görürük. Cari ildən mikro sahibkarların vergi yükü artırılır, 5-dən 20 faizə qaldırılır. Baş plan məntiqə və reallığa uyğun olub-olmamağa, həyata keçməsi üçün lazım olan vəsaitin hansı mənbələr hesabına yığılacağı kimi məsələlərə hələ ki, cavab vermir”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin