BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
40017

Valyuta.az İdarəetmə üzrə konsultant və təlimçi, “Falcon Consulting Group”un direktoru Şahin Qədimlinin “Bir çox şirkətlərimiz hələ də hədəfsizdir” məqaləsini təqdim edir.

Vaxtın idarə olunması təlimləri çərçivəsində iştirakçılara həyat axarı ilə üzmək əvəzinə şirkətlər kimi uzunmüddətli hədəfləri müəyyən etməyin və onlara doğru getməyin faydası barədə danışıram. Real Azərbaycan biznesi isə yenə də təəccübləndirir. Hədəflərin təyin olunmasını şərtsiz rutin iş üslubu kimi qəbul edən əsasən xarici kapitallı şirkətlərin əməkdaşları üçün bu inanılmaz gəlsə də, bir çox şirkətlərimiz hələ də hədəfsizdir. Şübhəsiz ki, sahibkarların ağıllarında müəyyən ideya və planlar var. Amma onlar maddiləşdirilməyib, düzgün formata salınmayıb, onların yol xəritəsi cızılmayıb. Belə olduqda, bu hədəf yox, xəyallardır.

Hədəflərin maddiləşdirilməsi, yəni kağız üzərinə və ya elektron daşıyıcıya keçirilməsi, onların inkişaf etdirilməsinin effektiv vasitəsidir. Dahilər istisna olmaqla, əksəriyyətimizin aid olduğu, orta statistik adamların beyni mürəkkəb məsələləri sadələşdirdikdən sonra dəyərləndirə və inkişaf etdirə bilir. Həm də yaddaşa unutmaq keyfiyyətinin xas olduğunu da diqqətdən qaçırmayaq. Göz qabağında olan hədəf isə bizi və verdiyimiz təkan nəticəsində idarə etdiyimiz qurumu səfərbər olmağa vadar edir. Şüur bizdən tədbir görməyi tələb edir. Məlum məsələdir ki, mürəkkəb layihələri həyata keçirmək üçün onları mümkün qədər kiçik hissələrə bölmək və hər dəfə növbəti addımı təyin edib icra etmək lazımdır. Düzgün və hərtərəfli giriş məlumatlarına əsasən və SMART prinsipinə uyğun təyin edilmiş hədəflərin keyfiyyəti xüsusilə yüksək olur.

Ən əsası, hədəflərin mövcud olması idarəediciyə imkan verir ki, cari işlərlə yanaşı strateji məsələlərin olduğunu unutmasın və həmin istiqamətlərə lazımi vaxt ayırsın. Konsaltinq praktikamız göstərir ki, hədəflərin təyini üçün kiçik və orta sahibkarlara cəmi 0,5-1,5 iş günü vaxt sərf etmək lazımdır, aldıqları faydadan isə bəzən bir neçə il yararlanmaq olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin