“Bank kartlarında tez-tez problem yaranması ilə bağlı “Azərikard”da yoxlamalar aparılmalıdır”
“Bu halların tez-tez baş verməsi ilə bağlı “Azərikard”da yoxlamalar aparılmalıdır”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov “Azərikard”da yaranan problemə münasibət bildirərkən deyib. Ekspert hesab edir ki, bank kartlarında yaranan problem texniki səhvlərdən baş verir:
“Problem “Azərikard”ın informasiya texnologiyaları sisteminin proqram təminatındadır. Belə hallarda sistem müəyyən müddətdə işləmir. Amma fərq odur ki, bu vəziyyət son vaxtlar “Azərikard”da tez-tez baş verir. Bu da ondan xəbər verir ki, proqram təminatında yenilənmə gedir. Bu zaman sistemə nəzarət etmək lazımdır. Güman ki, bunu etmirlər, xəsislik edirlər”.
Əkrəm Həsənovun fikrincə, bank kartlarında baş verən problemlər insanlar üçün narahatlıq yaradır:
“Bu da səbəbsiz deyil. Bəlkə mənə bu dəqiqə pul lazımdır. Üstümdə nağd pul yoxdursa, nə etməliyəm? Bütün banklar da nağdsız ödənişlərə dəvət edir. Belə halların baş verməsi təəssüf doğurur. Ötən il ödəniş sistemləri haqqında yeni qanun qəbul olunub, bu sahədə Mərkəzi Bankın səlahiyyətləri genişləndirilib. Ümid edirəm ki, bu məsələlərə Mərkəzi Bank nəzarət edəcək”.
Qeyd edək ki, yanvarın 6-da banklara məxsus kart əməliyyatlarında problem yaranıb. Kartlar işləmədiyindən heç bir əməliyyatı həyata keçirmək mümkün olmayıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay