BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
38426

"İnsanlar sağlamlıqlarını riskə atmaq istəmirlərsə, paketlənmiş ağartı məhsullarından istifadə etməlidirlər. Çünki bu məhsulların təhlükəsizliyi tam təmin olunub".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, xüsusən də kardon paketlərdə qablaşdırılmış, vakum şəraitdə sterilizə olunmuş südlərin insan sağlamlığı üçün riski yoxdur: "Lakin bu südlər kənd südünün, azad gəzən heyvanlardan əldə olunan təbii südü əvəz edə bilmir". 

E.Hüseynov bildirib ki, heyvan mənşəli südləri sterlizə olunmamış şəkildə içmək doğru deyil: "Bidon südləri 95-100°C-də 15 dəqiqə qaynadıldığında içindəki mikrobların çoxu ölür. Amma bu zaman yararlı vitamin və minerallar da yox olur. Qablaşdırılmış, xüsusən də şüşə qabdakı südlərə üstünlük vermək daha məqsədəuyğundur. Çünki kənd təsərrüfatında olan heyvanlar vaxtında heyvandarlıq müayinəsindən keçirilmir. Bu heyvanlarda olan müxtəlif xəstəliklər süd vasitəsilə asanlıqla insana keçə bilər".

Valyuta.az xəbər verir ki, Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, süd və süd məhsullarının tərkibinin zənginliyinə görə insan orqanizminə bir sıra faydaları var. 

Onun sözlərinə görə, xüsusən də 2 yaşdan sonra süd məhsulları insan orqanizmində bir çox vitamin və mineralların təmin olunması üçün çox önəmlidir: "Lakin süd və süd məhsulları heyvan və zülal mənşəli olduğuna görə tez xarab olmağa meyllidir. Saxlanma qaydalarına düzgün əməl olunmasa və süd mənşəyi bəlli olmayan yerlərdən alınarsa, bu zaman süddən insana heyvan mənşəli müxtəlif xəstəliklər yoluxa bilər. Bu xəstəliklər bəzən həmin an reaksiya verməsə də, insan orqanizmində yaşayaraq immun sistemi aşağı düşdükdə özünü büruzə verməyə başlayır. Bu xəstəliklərə salmonella, bruselyoz, dabaq və stafilakok toksikozu daxildir".

Mütəxəssisin sözlərinə görə, ağartı məhsullarının evdə hazırlanmasından və ya mağazadan alınmasından asılı olmayaraq, bir sıra amillərə diqqət etmək vacibdir: "Bu halda məhsul insan sağlamlığı üçün təhlükə yaratmır. Öncəliklə mütləq şəkildə mənşəyi bəlli olan yerlərdən ağartı məhsulunu almaq lazımdır. Sənayə üsulu ilə paketlənmiş süd və süd məhsullarını alarkən paketin zədəsiz olmasına diqqət edilməlidir. Üzərində istehsalçı şirkət haqqında məlumatların tam olmasına fikir verilməlidir. İstehsalçı şirkətin ünvanı və əlaqə vasitələri qeyd olunmalı, məhsulun tərkibi tam şəkildə qeyd olunmalıdır. Süd məhsulunun 60-70 faizi təbii süddən əldə olunmalıdır. Digər qatqılar isə köməkçi vasitələrdən ibarət ola bilər. Bundan başqa, südün üzərindəki saxlanma müddətinə diqqət edilməlidir. Bəzi süd məhsullarının saxlanma müddəti 1 və ya 2 ay göstərilir ki, bu da paketin ağzının açılmadığı dövrə aiddir. Əgər paketin ağzı açılıbsa, məhsul 1 və ya 2 gün ərzində istifadə olunmalıdır". 

M.Hüseynova vurğulayıb ki, pendir, xama və digər süd məhsullarından əldə olunan qidaların paketi açılandan sonra oksigenlə təmas etməyəcək şəkildə mühafizə olunmalıdır: "Əks halda məhsulun tərkibində olan mikroorqanizmlər bakteriyaların yaranmasına səbəb olur. Bu isə insanın mədəsində şişkinlik, ağrılıq, həzm sistemində pozulma halları yaradır. Eyni zamanda bəzən süd məhsullarında dadlandırıcı qatqılardan, emulqator və digər kimyəvi maddələrdən istifadə olunur. Bu, daha çox süni şəkildə hazırlanmış süd məhsullarına aiddir. Bu cür südün insan orqanizminə faydaları yoxdur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin