
“Sədərək” və “Binə” ticarət mərkəzləri kustar şəklində tikilib” - Ekspert
“Sədərək” və “Binə” ticarət mərkəzləri şəhərsalma arxitektura üzrə dövlət standartlarına uyğun olmayaraq sadəcə kustar şəklində tikilib”.
Valyuta.az-a açıqlamasında bunu iqtisadçı ekspert İlqar Hüseynli adı çəkilən bu iki ticarət mərkəzlərinin tikintisinin standartlara uyğun olub-olmadığına cavab verərkən
“Vaxtilə hava limanı yaxınlığında yerləşən “Binə” ticarət mərkəzinin təcili olaraq sökülməsi və yerdəyişməsi sürətli şəkildə həyata keçirildi və bu zaman lazım olan standartların heç biri nəzərə alınmadı”.
Həmsöhbətimiz qeyd edir ki, burada işıqlandırma, soyutma və isitmə sistemləri də standartlara cavab vermir:
“Havalandırma sistemi isə ümumiyyətlə qurulmayıb. Bu obyektlərin təhlükəsizlik məsələləri də diqqətdən kənar qalıb. Ticarət mərkəzlərindəki obyektlər son dərəcədə bir-birinə yaxın tikilib ki, bu da yanğın təhlükəsizliyi baxımından təhlükəlidir. Bu obyektlərdə hansısa bir yanğın hadisəsi zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xeyli çətinlikdən sonra yanğın sahəsinə yaxınlaşa bilirlər”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay