BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35884

"Mərkəzi Bank sədrinin inflyasiyanın aşağı düşməsi ilə bağlı açıqladığı rəqəmlər qiymətlərin aşağı düşməsini yox, artma sürətinin aşağı düşməsini göstərir".

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli Azərbaycanın Mərkəzi Bankının (ABM) sədri Taleh Kazımovun ərzaq və qeyri-ərzaq inflyasiyası ilə bağlı açıqladığı rəqəmləri şərh edərkən deyib. 

Xalid Kərimli deyib ki, ABM sədri bilərəkdən orta illik inflyasiyanı göstərmir:

"Məsələnin bir neçə tərəfi var. Burda rəqəmlər açıqlandığı aylarla ötən ilin müvafiq ayının müqayisəsi göstərilib. Bu rəqəmlərlə bağlı digər statistik məlumatı Statistika Komitəsi elan edir. Orta illik inflyasiya göstəricisi sentyabr ayında ölkə üzrə 10.9 faizdir. Güman edilir ki, bu ilin sonuna qədər 9.5-10 faiz arasına düşəcək. Hələdə inflyasiya rəqəmləri iki rəqəmlidir. 

Mərkəzi Bankın sədri bu inflyasiyanı bizə yaxşı göstərməyə məcburdur. Ona görə də özünə sərf edən göstəricini ön plana çəkir. Lakin bu rəqəmlərlər bu ilin sentyabrı ilə keçən ilin sentyabrı arasındakı qiymət fərqini bizə göstərir. Biz isə bu ili yaşadığımıza, xərclərimiz isə il üzrə olduğuna görə, sədr orta illik inflyasiyanı da elan etməlidir".

Ekspert deyib ki, nə ərzaq, nə də qeyri-ərzaq məhsullarında qiymətlər aşağı düşməyəcək:

"Qiymətlərin ucuzlaşması defilyasiya prosesidir. Qarşıdakı illərdə isə ölkədə defilyasiya gözlənilmir. Gələn il də inflyasiya davam edəcək, iki rəqəmli olmayacaq. Amma artım sürətlə davam etməyəcək. Məsələn, 100 manata aldığımız 103 manat olacaq, 97 manat olmayacaq".

Bundan əvvəl AMB sədri bildirib ki, 2023-cü ilin sonuna kimi ÜDM-nin 1,5% artımı proqnozlaşdırılır: "Ərzaq inflyasiyası 4,5 %, qeyri-ərzaq inflyasiyası 5,9 % olub. İllik baza inflyasiya sentyabrda azalıb. Mərkəzi Bank səlahiyyəti çərçivəsində inflyasiyanı azaltmağa çalışıb".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Dolu düşüb, qar yağıb, 1 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Azərbaycan neftinin qiyməti bahalaşıb

Avro və lirə ucuzlaşdı - Məzənnə

Bakının bu ünvanında binalar söküləcək, yeniləri tikiləcək (FOTO)

Quba və Qusara qar yağır

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin