BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
35823

Azərbaycanda gələn il ipoteka üçün dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bunun 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün, 12,3 milyon manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün ayrılacaq.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məslələri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə əmlak bazarında kreditlə mənzil alanlar üstünlük təşkil edir.

O qeyd edib ki, mənzil krediti dedikdə, tək İpoteka Fondunun ayırdığı vəsait deyil, tikinti şirkətlərinin daxili kreditləri də nəzərdə tutulur.

"İpoteka Fondu tərəfindən mənzil almaq üçün ayrılan kreditlər insanlarımızın ev problemini həll etməkdə müsbət rol oynayır. Lakin burada güzəştli kreditlər üçün maksimal limit 4%-lik 100 min manat, adi 8%-lik kreditlər üçün 150 min manatdır. Amma hazırda əmlak bazarında qiymətlər çox bahalaşıb. Ayrılan 100 min manatlıq kreditlə, əvvəlki illərdə olduğu kimi, bir neçə otaqlı mənzil almaq olmur. Buna görə də ayrılan limit artırılsa, yaxşı olar. Belə ki, beş il qabaq ikiotaqlı mənzili 100 min manata almaq olurdusa, indi mümkün deyil. Göründüyü kimi, ayrılan vəsaitlə vətəndaşlar ən yaxşı halda mərkəzə nisbətən yaxın yerdə birotaqlı mənzil ala bilir".

Ekspert qeyd edib ki, ümumi götürdükdə İpoteka Fondunun ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən, güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırması daşınmaz əmlak bazarında canlanma yaradır.

"Bu, bir çox insanın evsizlik problemini həll edir. Təkcə ötən il 65 mindən artıq mənzil ipoteka və digər kredit şərtləri ilə satılıb", - deyə o qeyd edib.

Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 833 milyon 541 min 141 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin