BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
34878

"Sığorta sistemi ilə bağlı belə məlumat mərkəzinin yaradılması aktual və vacib məsələdir. Bildiyim qədərilə ölkədə bununla bağlı startup ideyası var. Bu məlumat bazasının Türkiyə və digər ölkələrlə ortaq yaradılması isə daha yaxşıdır".

Bu sözləri Valyuta.az-a sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Azərbaycanla Türkiyənin ortaq yarada biləcəyi Sığorta Məlumat Mərkəzi haqqında danışarkən deyib. 

İlkin İbrahimov deyib ki, dünyanın inkişaf etmiş ölkələrində, Qərbi Avropada, Amerikada sığorta məlumatlarının toplanması çox önəmlidir: 

"Türkiyədə bu informasiyanın alınması pullu şəkildə həyata keçirilir. Avropanın bəzi ölkələrində bu xidmət pullu, bəzilərində isə pulsuzdur. Məsələn, bu ölkələrdə avtomobil alan zaman onun ban nömrəsi ilə müvafiq sayta ödənişli və ya ödənişsiz formada daxil olaraq həmin nəqliyyat vasitəsi haqqında məlumatlar əldə edilir. Bu məlumatlara avtomobilin nə vaxt qəza törətdiyi, qəza zamanı hansı hissələrinin ziyan çəkməsi barədə bilgilər daxil olur. Yəni məlumat bazasında avtomobillərlə bağlı dolğun faktlar əldə etmək mümkündür".

Ekpsert qeyd edib ki, ölkəmizdə 2012-ci ildən sonra İcbari Sığorta Bürosunda avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortasına bağlı olaraq bütün avtomobillər sığortalanıb:

"Qəza hadisəsi baş verəndə, sığortada qeydiyyata düşübsə, bu zaman İcbari Sığorta Bürosunda həmin avtomobillər haqqında məlumatlar qeyd olunur. Hazırda da İcbari Sığorta Bürosunda da o məlumatlar var. İndi isə Türkiyə və Azərbaycanla bağlı bu məlumatların inteqrasiya olunması ilə İcbari Sığorta Bürosu bu məlumatları da görə biləcək. İcbari Sığorta Bürosu yaşıl kart vasitəsi ilə Türkiyədə qəza törədən avtomobillər haqqında məlumatlarla da tanış ola bilir".

İlkin İbrahimov deyib ki, məlumat mərkəzinin yaradılmasının sığorta sisteminə faydası var:

"Məsələn, Mərkəzi Bankın Mərkəzi Kredit Reysteri var ki, bütün kredit götürənlərin informasiyası orda toplanır. Hansısa bankdan kredit götürən zaman bank sorğu verir və bazada olan bütün məlumatları əldə edir".

"Sığorta Məlumat Mərkəzində yerləşdirlən məlumatlar vətəndaşlar üçün əlçatan ola bilərmi" sualına cavab olaraq ekspert bildirib ki, bu məlumatların açıq olub-olmaması Mərkəzi Bankın qərarından asılı olacaq:

“İcbari Sığorta Bürosunda avtomobillərlə bağlı olan məlumatlar hazırda vətəndaşlar üçün əlçatan deyil. Bu məlumatların əldə olunması üçün proqram olmalıdır, bu proqram vasitəsi ilə də icazə verilməlidir. Çünki həmin informasiyaların məxfi olması, şəxsi xarakter daşıyıb-daşımaması məsələsi həll olunmalıdır ki, vətəndaşlar üçün də əlçatan olsun. Sığorta Məlumat Mərkəzində adətən avtomobillərlə bağlı məlumat olur. İcbari Sığorta Bürosounun fəaliyyətinə nəzər yetirsək görərik ki, burda bütün icbari sığorta növü üzrə sığortalanma ilə bağlı məlumatlar var. Məsələn, sistemdə daşınmaz əmlak üzrə də hansı sğıorta hadisəsinin olub-olmaması nəzərdə tutulur. Və yaxud həyat sığortası alan vətəndaş haqqında, aldığı kompensasiya haqqında məlumat qeyd edilir. Bu məlumatlar da Sığorta Məlumat Mərkəzinə yüklənə bilər”. 

Qeyd edək ki, Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər. Bu barədə "Report"a Bakıda keçirilən dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş konfransda iştirak edən Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan bildirib.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin