BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
34182

Sosial sahələrə daha çox diqqətin ayrıldığı sivil ölkələrdə imkanlı və varlı şəxslərdən daha çox vergi tutulur. Azərbaycanda iqtisadi inkişaf fonunda bir sıra insanlar varlanmaq imkanı əldə ediblər. Lakin buna baxmayaraq, ölkəmizdə varlı olub-olmamasından asılı olmayaraq, hər bir vətəndaş eyni vergi yükünü daşıyır. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, indiki halda, Azərbaycan modeli daha çox kapital yığımı və təşəbbüskarlığı dəstəkləmək istiqamətində olmalıdır. Digər tərəfdən də tarazlı vergiləndirmə siyasəti həyata keçirilməlidir: 

“Yəni burada qızıl tarazlıq təmin olunmalı, həm çox qazananlar daha çox vergi ödəməli, həm də bu addım insanları gizli iqtisadiyyata meylləndirməməli, təşəbbüskarlığı zəiflətməməlidir. Sosial dövlətlərin əksəriyyətində proqressiv vergi sistemi tətbiq olunur. Bu vergi sisteminin əsas mahiyyəti isə çox qazanandan daha çox vergi alınması ilə bağlıdır. Azərbaycanda isə vergi sistemi qarışıqdır və onu proqressiv adlandırmaq olmaz. Hətta ölkəmizdə müəyyən gəlir litimindən yuxarı gəlir əldə edən şəxslərə münasibətdə daha az verginin qoyulması təcrübəsi tətbiq olunur. Bu səbəbdən ölkəmizdəki vergi sistemini reqresiv də adlandırmaq olmur. O səbəbdən ki, daha az gəlirli sosial qrupların gəlirlərinin müəyyən hissəsi də vergidən azaddır. Proqresiv vergiləndirmə zamanı ölkə gəlirlərinin yenidən bölüşdürülməsi, büdcənin fiskal siyasətinin daha çox qazanan sosial qruplar üzərində fokuslanması və beləliklə az gəlirli əhalinin vergi yükünün daha optimal səviyyədə saxlanılması nəzərdə tutulur”. 

Ekspert qeyd edir ki, bəzi hallarda belə bir yanaşma kapital yığımı və yeni təşəbbüskarlıq meyllərinin azalmasına da təsir edir:

“Bu həm də bəzi hallarda gizli iqtisadiyyatın çiçəklənməsinə, gəlirlərin gizlədilməsinə də səbəb olur. Azərbaycanda bu hal özünü sadələşdirilmiş vergi modelində göstərir. 12 ay ərzində gəlirin 200 min manatı keçməsi fonunda ƏDV-yə keçmək zərurəti var. Bu limit bəzi hallarda müəssisələrin öz dövriyyələrini gizlətməsini təşviq edir”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin