BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
33909

Sərsəng su anbarının bölgə üçün strateji əhəmiyyəti böyükdür. Bu barədə mediaya açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev deyib. O bildirib ki, su anbarının Azərbaycan nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

“Sərsəng su anbarında toplanan su axıb Suqovuşan su anbarında toplanır. Bu su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. Anbarın əkin sahələrinin suvarılması üçün böyük əhəmiyyəti var. Bu da Qarabağın iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Sərsəng su anbarı Qarabağın ən böyük su anbarıdır. Su anbarından təkcə suvarma üçün deyil, elektrik enerjisinin alınması üçün də istifadə edilir. Hazırda su anbarının üzərində 50 meqavatlıq gücündə su elektrik stansiyası var. Oradakı su elektrik stansiyalarında işğalda olduğu dövrdə təmir-bərpa işləri görülməyib, texniki qurğular baxımsızlıqla üzləşib. Yəqin ki, Suqovuşan su anbarında gördüyümüz işləri Sərsəng su anbarında da görəcəyik", - deyə o qeyd edib.

Qeyd etmək yerinə deşər ki, Qarabağ iqtisadi rayonunda yerləşən və 47 ildir ki, istismar edilən Sərsəng su anbarı qəzalı vəziyyətdədir. 30 il erməni işğalında olan anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib. Bu səbəbdən Sərsəng su anbarında həm texniki, həm də ekoloji problemlər getdikcə artır. Sərsəng su anbarı Qarabağda əsas elektrik enerjisi mənbəyidir.

Yeri gəlmişkən, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mVt olan su elektrik stansiyası tikilib.

Onu da bildirək ki, Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bugünlərdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Ekoloq-hidroloq Rövşən Abbasov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Sərsəng su anbarının tikintisindən sonra 120 min hektardan çox ərazi suvarılmaya başlayıb: 

“Lakin işğal illərində ermənilər su anbarını yaxşı idarə etmirdilər. Onlar yay aylarında aşağıya doğru heç bir su buraxmırdılar. Nəticədə Bərdə və Tərtər rayonlarında kəskin su çatışmazlığı baş verirdi. Suyu isə əksinə, qış aylarında buraxırdılar. Sərsəng su anbarı üzərində çox böyük su elektrik stansiyası var, gücü 50 mVt-dan çoxdur. Suyun qışda buraxılmasının əsas səbəbi odur ki, Azərbaycan tərəfinə təzyiq edirdilər, elektrik enerjisi alırdılar. Lakin su anbarı xilas olduqdan sonra Azərbaycanın su təsərrüfat sisteminə inteqrasiya olunacaq. Bunun nəticəsində su anbarının idarə olunmasında əvvəllər yaranmış boşluqlar doldurulacaq. Bərdə, Tərtər rayonlarının su ilə təminatına çox xeyir verəcək. Bu, təkcə Bərdə və Tərtərin yox, digər rayonlarımızın su təminatına da öz töhfəsini verəcək. Çünki Qarabağ kanalına və digər su mənbələrinə olan təsirlər azalacaq. İşğal illərində Sərsəng su anbarından gələn suyu kompensasiya etmək üçün Bərdə rayonunda çoxlu subartezian quyuları tikilmişdi. Subartezian quyuları elektrik enerjisi ilə işləyirdi. Çoxlu əlavə məsrəflər tələb edirdi. Artıq bu məsrəflər olmayacaq. Subartezian quyularına ehtiyac qalmayacaq. Əvvəlki kimi yenə də Bərdə Tərtər digər rayonlar su ilə təmin olunacaq.  Eyni zamanda Bərdə rayonunda Qarabağ kanalında suyun miqdarı azalacaq. Beləliklə, Ağcabədi, Beyləqan və İmişli rayonlarına şirin su artacaq”.

Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov “Yeni Müsavat”a deyib ki, Sərsəng su anbarının bizim nəzarətimizdə olması dövlətimiz üçün böyük uğurdur: 

“Allah şəhidlərimizə rəhmət etsin, Ali Baş Komandanımızı qorusun, bu uğurlara görə onlara borcluyuq. Sərsəng su anbarı həqiqətən də 5-6 rayonu xilas edə bilər. Tam olaraq təmin etməsə də, həqiqətən də vəziyyətdən çıxara bilər.  Anbarın suyunun tuta biləcəyi sahələr ki var, bu, təqribən 90-100 min hektarlarla ərazilərdən söhbət gedir. Bu əraziləri təmin edə biləcək güclü anbardır. Yəqin ki, orada kanallar bərpa olunacaq, sıradan çıxan kanallar da bərpa olunacaq. Bundan sonra onun faydasını fermerlər, kənd təsərrüfatı ilə məşğul olan mülkiyyətçilər görəcək. Keçən il Ağdamın işğaldan azad olunmuş ərazilərində bir neçə şirkət orada fəaliyyət göstərdi, orada dənli bitkilərin əkini ilə məşğul oldular, ötən il həm buğda, həm də arpa əkmişdilər. Ümid yağıntılara idi, yağıntılar da vaxtında olmadı, bitkinin vegetasiya dövrünün lazım olan anında yağıntılar olmadı, gecikdi. Gecikmiş yağıntının olmasının da heç bir əhəmiyyəti olmadı, çünki ehtiyac qalmamışdı, artıq məhsul məhv olmuşdu. O ərazilərdə məhsul sırf su çatışmazlığından məhv oldu. Ona görə Sərsəng su anbarının nəzarətimizə keçməsi, o sudan istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə, eləcə də digər ərazilərdə dənli bitkilərin əkinində suya olan tələbatın nə qədər təmin olunduğunun şahidi olacağıq. Dənli bitkilərdə (buğda, arpa) vegetasiya dövründə əkin sahələrində 4 növ suvarma aparılır. Onlardan biri bitiş suyu, üçü vegetasiya suvarmasıdır.  Bunun dördünü verə bilməsək də, heç olmasa üçünü vermək vacibdir. Amma elə təsərrüfatlar olur ki, bir, iki su verə bilir, yaxud da su verə bilmir. Bu da birbaşa məhsuldarlığa təsir edir. Təbii ki, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsində bu amillərin önəmi var. Çünki susuzluqdan toplanan dənlər də o qədər də keyfiyyətli olmur. Ona görə də dənli bitkilər üçün suyun bol olması çox əhəmiyyətlidir. Eləcə də texniki bitkilər üçün, pambıq, qarğıdalı və s. bitkilər üçün də vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Komitə "çörəkpulu"nun kəsilməsi məsələsinə aydınlıq gətirdi

Prezidentlər Şuşada  işğal dövründə gülləbaran edilmiş heykəllərə baxdı (YENİLƏNİB)

Qarabağ Universiteti nəzdində kollec yaradıla bilər

Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb

Universitetlərin köçürülməsi gündəmdədir? (AÇIQLAMA)

Universitetlərin köçürülməsi gündəmdədir? (AÇIQLAMA)

İxtisas seçməmişdən əvvəl mütləq layihə idarə edilməsi ilə tanış olun

3 şirkət "PMD Group" MMC-yə qoşulub

"GreenAgroHack" startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Ödənişli yola nə üçün hibrid giriş yoxdur? - AÇIQLAMA

Nazir Abid Şərifovun kürəkənini təqaüdə göndərdi

Sabahın hava proqnozu

Universitetlərin köçürülməsi gündəmdədir? - AÇIQLAMA

14 təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası akkreditasiyası həyata keçirilir

Kiyevdə elektrik enerjisi sutkada cəmi 4 saat veriləcək

Azərbaycanda "yaşıl istiqrazlar"ın tənzimləmə çərçivəsi hazırlanır

Qazaxda iki nəfəri qanunsuz işlədən şirkət 20 min manat cərimələnib

Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək?

Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama

Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Yük avtomobili istehsalı 75 %-dən çox artıb

Benzinlə işləyən avtomobilə dizel, dizellə işləyənə benzin töksək, nə olar?

Bloklanmış IMEI kodlarla şəbəkəyə qoşulma cəhdlərinin sayı açıqlandı

Bu ilin 4 ayında DSMF-nin xərcləri 13,3% artıb

“Kapital Bank”a müraciətlərin 70 %-i müştərilərin xeyrinə həll edilib

Əfqan Baxışov “AZAL”ın Prezidentinin müşaviri təyin edildi

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Bakıda Avtovağzalın yanındakı restoran 75 min manata satılır - Fotolar

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı yeni qərar

Ölkədə benzin istehsalı artıb

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin