BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
33402

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 694.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 415.8 milyon manat təşkil edib.

Bu isə o deməkdir ki, sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 2.2 dəfə və ya 2 milyard 66.2 milyon manat, banklardan xaricə köçürmələr isə 64.2% və ya 267.1 milyon manat azalıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirib ki, sürətli pul köçürmə sistemləri vasitəsilə ölkə banklarına daxil olan və xaricə köçürülən vəsaitlərin həcmində baş verən azalmanın səbəbi çox bəsitdir:

“Müqayisə 2022-ci ilin anoloji dövrü ilə aparılıb. 2022-ci ilin göstəriciləri isə real deyil, texniki göstəricilərdir. Çünki bu göstəricilər Rusiya-Ukrayna müharibəsi fonunda formalaşan göstəricilərdir. Əslində normal iqtisadi sosial faktorlara görə, Azərbaycana Rusiyadan pul axınları azalmalı idi. Amma əksinə, kəskin artım baş verdi. Bu investisiyanın qaçışı, yaxud da məhdudlaşdırılan maliyyə əməliyyatlarından yayınmaq cəhdlərinin nəticəsi kimi təzahür edirdi. Amma artıq bununla bağlı da ilkin dalğa keçib. İlk həyəcan keçəndən sonra yenə də bazar əvvəlki sabit, normal tempə qayıdır. Ona görə də 2022-ci illə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə ölkə banklarına daxil olan və xaricə köçürmələrdə belə azalmaların baş verdiyini görürük”.

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin