\"Bu heç də ilin sonuna 10 faizlik inflyasiyanın olacağını deməyə əsas vermir\"
Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 10 % olacağını proqnozlaşdırır. Bu barədə Bankın "Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bank gələn il isə Azərbaycanda inflyasiyanın 8,5 % olacağını gözləyir ki, bu da əvvəlki proqnoza nisbətən 2 faiz bəndi çoxdur.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, ilin sonuna doğru Azərbaycanda inflyasiyanın səviyyəsi ikirəqəmli olacaq:
“Asiya İnkişaf Bankının Azərbaycanla bağlı verdiyi inflyasiya proqnozunun artan xətlə dəyişməsi ölkəmizdə qiymət bahalaşmasının sürətlənməsinin nəticəsidir. Bahalaşma sürətləndiyindən beynəlxalq qurumlar da öz proqnozlarını yeniləyir. Amma bu heç də ilin sonuna Azərbaycanda məhz 10 faizlik inflyasiyanın olacağını deməyə əsas vermir. Bir aydan sonra həmin rəqəm arta da, azala da bilər. Amma hazırkı vəziyyətdə edilən dəyişikliklər reallığa uyğundur. Hesab edirəm ki, Azərbaycanda ilin sonuna inflyasiyanın səviyyəsi ikirəqəmli olacaq. Çünki yayın başa çatması ilə həmin dövrdə özünü göstərən bahalaşmanın davam edəcəyəyi gözlənilir. Yayda baş verən bahalaşma tempi, kənd təsərrüfatı mövsümünün bitdiyi dövrdə daha da sürətlənəcək”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay