BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33065

“Azəri Light” markalı Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən ayın sonlarında 89 dollar idisə, bu gün 102,25 ABŞ dolları təşkil edib. Azərbaycan neftinin qiymətində günü-gündən artım müşahidə olunur. Kiçik də olsa, demək olar ki, hər gün artım qeydə alınır. Maraqlıdır, bu artım hansı həddə qədər davam edə bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban Valyuta.az-a açıqlamasında bildirdi ki, neftin qiymətinin artmasına səbəb Rusiya və Səudiyyə Ərəbistanının dünya bazarına çıxardıqları neftin həcmini azaltmaqlarıdır: “Rusiya və Səudiyyə Ərəbistanı sentyabrda qlobal bazara gündəlik olaraq öz təşəbbüsləri ilə neft çıxarılmasını 1.3 milyon barel azaldıblar. Bu azalmanı ilin sonuna qədər davam etdirəcəklərini də dilə gətiriblər. Ona görə də, bazar iştirakçıları bu cür vəziyyətin inkişaf etməsindən ehtiyatlanır və daha çox “qara qızıl” almağa cəhdlər edirlər. Çünki düşünürlər ki, əgər indi “Brent” markalı neft 95 dollara satılırsa, qışda isitmə mövsümü başlayanda, enerjiyə tələb daha da artacaq və noyabrda qiymətlər daha yüksək olacaq. Buna görə də sentyabrın əvvəlindən dünya bazarında neft qiymətləri əvvəlcə 90, sonra 95 dollar həddini keçə bildi”.

Neft üzrə ekspert şərh etdi ki, “Azəri Light”la “Brent” markalı neftin qiymətləri arasında fərq çox nadirən indiki kimi olub: “Cəmi bir neçə ticarət sessiyası olub ki, “Azəri Light” “Brent” markalı neftdən 3 dollar baha olsun. Adətən, 1,5-2 dollar fərq olur. Bu gün isə “Brent”lə “Azəri Light” arasında 7 dollar fərq yaranıb. Deməli, xərclər də çoxalıb”.

İlham Şabanın sözlərinə görə neftin qiymətində artım hələ davam edəcək: “Dövlət Neft Fondu hesabatlarında ildə bir dəfə bütün xərclər çıxandan sonra mənfəət neftinin qiymətini açıqlayır. O qiymət daim göstərilən satış qiymətlərindən aşağı olur. İstənilən halda proqnozlar belədir ki, cari ilin dördüncü rübündə neftin qiyməti artıma doğru getməlidir. Bu da Azərbaycan üçün valyuta axınını artıracaq. Neftin qiymətinin hansı həddə qədər arta biləcəyini proqnozlaşdırmaq, dəqiq rəqəm demək çətindir”.

Nuray
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin