
Bakı məktəblərində kitab alveri başladı: Pulsuz kitablar satılır
Bakı məktəblərində yeni kitabların alveri başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə valideynlər məlumat verib. Onlar bildirib ki, bəzi məktəblərdə valideynlərə "Builki nəşrlərdən almalısınız" tələbi qoyulub. Bu isə valideynlərin haqlı narazılığına səbəb olub.
Dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan kitablar niyə şagirdlərə pulla satılır?
Təhsil ekspert Məzahir Məmmədli Valyuta.az-a açıqlamasında bildirib ki, belə hallar qanun pozuntusudur:
“Məsələ elm və təhsil naziri səviyyəsində müzakirə olunub. Ötən il bu məsələ ilə bağlı böyük narazılıq dalğası var idi. Problem o qədər böyüdü ki, ciddi müzakirərə səbəb oldu. Bu il nazir məsələnin qabacaqdan həll olunduğunu şəxsən qeyd edib. Sentyabrın 15-dən məktəblərdə sözügedən problemin yaşanmaması ilə bağlı cəmiyyəti məlumatlandırdılar. Hansı məktəb bu kimi işlərə icazə verirsə, qanunu pozur”.
Məzahir Məmmədli ümumtəhsil məktəblərinə dərs vəsaitlərinin şagirdlərə pulsuz paylanıldığını qeyd edib:
“Amma bir ara ciddi müzakirə olunan məsələlərdən biri şagirdlərə dərs vəsaitləri üçün əlavə iş dəftərlərinin satılması idi. Bu vəsaitlər də şagirdə pulla satılırdı. Düşünürəm ki, artıq buna şagirdlərin ehtiyacı yoxdur. Əgər belə hallar varsa, bəri başdan ciddi ölçü götürülməlidir”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay