BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32192

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlandı. Bir sıra ixtisaslar və universitetlər üzrə keçid ballarının aşağı düşməsi müzakirələrə səbəb oldu. Ən çox müzakirə edilən isə mühəndislik fakültələrinə 200 balla qəbullar oldu. 200 bal və mühəndis? - kimi yanaşma çox oldu. Maraqlıdır, 200 bal toplayan bir şəxs mühəndis ola bilməz?

Valyuta.az bu sualı təhsil ekspertlərinə ünvanlayıb.

Təhsil eksperti Adil Vəliyev deyir ki, 200-250 bal toplayan şəxsin də mühəndis olması mümkündür: “Bəzən abituriyent imtahanda həyəcanlanar, bildiyi sualın cavabını səhv yazar, yaxud cavabı səhv köçürər. Bəzən xəstə olar, fikrini toplayıb imtahanda öz biliyini tam ortaya qoya bilməz. Bu kimi hallar yaşanar və nəticədə  az bal toplanar. Təbii ki bunlar az hallardır, amma ola bilir. Əsas universitet dönəmində özünü necə göstərməsi önəmlidir. O qədər olub ki, bir şəxs az balla sevmədiyi ixtisasa qəbul olur, elə universitetdə oxuya-oxuya müxtəlif kurslara, təlimlərə və s. gedərək sevdiyi sahənin bilik və bacarıqlarına yiyələnir və sonra məhz sevdiyi sahədə çalışır. Halbuki o sahəyə yüksək bal tələb olunduğu üçün qəbul ola bilməmişdi. İnsanın özündən çox şey asılıdır”.

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyir ki, universitetə giriş balı önəmli mərhələ olsa da, tam da hər şey demək deyil: “Bu ballar şagirdlərin orta məktəbdə necə oxuduğunu, universitetə necə hazırlaşdığını göstərir, şagirdin iradəsi, qavrama qabiliyyəti haqqında məlumat verir. Bununla yanaşı, bir çox şagirdlər də var ki, valideynləri ona yetərincə dəstək ola bilməyib. Müəllimləri yetərincə yaxşı olmayıb. Bu səbəblərə görə onun topladığı bal az olub. Buna görə də, universitetə giriş balı həyatın ən önəmli imtahanı deyil. Bəlkə dəstəyi yaxşı olsaydı, daha çox bal toplayacaqdı”.

Q.Məhərrəmov söylədi ki, ümumiyyətlə, universitetlərə qəbul asan, bitirmək çətin olmalıdır: “Bir çox mühəndislik ixtisaslarına giriş ballarının 200 bal ətrafında olması müsbət haldır. Universitetlərə qəbulun kifayət qədər asanlaşdığını demək mümkündür. Bu, müsbət haldır. Universitet oxumaq istəyən əksər insanlar bunu edə bilər. İnkişaf etmiş ölkələrin də ənənəsi bu cürdür. Lakin universiteti bitirmək dünya təcrübəsində asan deyil. Universitetə qəbul olmaq kimi bitirmək də rahat olsa, bu zaman universitetlər yalnız diplom verən bir qurum olacaq. Diplomların heç bir dəyəri qalmayacaq. Bir çox insanın diplomu olacaq, çoxunun bacarığı, səriştəsi olmayacaq”.

Q.Məhərrəmov qeyd etdi ki, aşağı balla universitetə qəbul olan şagirdin gələcəkdə iş tapması özündən asılıdır: “200 bal toplayan tələbə universitetdə də eyni templə oxusa, yəni yaxşı oxumasa, universiteti bitirdikdən sonra iş tapması çətin olacaq. Universiteti yaxşı oxusa, özünü inkişaf etdirsə, müxtəlif kurslara getsə, müxtəlif səriştə və bacarıq əldə etsə, yaxşı iş tapıb uğurla davam edə biləcək. Yəni 200 balla universitetə qəbul olmaq pis hal deyil. Əgər tələbələr özlərinin üzərində işləməsələr, öz potensiallarını ortaya qoymasalar, çalışqan tələbə obrazına çevilə bilməsələr, universiteti zəif qiymətlərlə oxusalar, onlardan nə isə gözləmək çətindir”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin