BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32152

"Universitetlərin əmək bazarlarının tələblərinə uyğun praktik istiqamətdə bilgi verməmələri, tədris etməmələri təhsilimizin ən böyük problemlərindən biridir. Bu gün dünyanın bir çox ciddi beynəlxalq reytinq cədvəllərində universitetlərimizin geridə olmasının əsas səbəblərindən biri də budur”. 

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Elmin Nuri universitetlərin təhsil prosesi zamanı tələbələrə həm də praktiki bilgi verməmələrinin səbəbləri haqqında danışarkən deyib.

Elmin Nuri deyib ki, dünya reytinq cədvəllərində universitetlərin əmək bazarına yönəlik fəaliyyət proqramı da incələnir, dəyərləndirilir:

“Biz də isə tək-tük, barmaqla sayılacaq universitetləri çıxmaq şərti ilə əksər ali təhsil müəssələrimiz praktiki bilgi verməyərək, əsasən yarımnəzəri materiallarla kifayətlənmiş olurlar. Bu isə yol verilməzdir. Bəzi universitetlərdə heç nəzəri bilgilər də tam şəkildə verilmir”. 

Təhsil eksperti qeyd edib ki, bunun da bir çox səbəbləri var:

“Lazımi şəkildə ədəbiyyat yoxdur, ixtisaslarla bağlı bir çox ədəbiyyat sovetdən qalma lazımsız və faydasızdır. Bəzi ixtisaslarla bağlı ümumiyyətlə ədəbiyyat yoxdur. Deyə bilərik ki, internet əsri olduğuna görə ədəbiyyat tapmamaq o qədər də çətin olmamalıdır. Bu gün dünyanın bir çox universitetlərinin kitabxanalarına pulsuz şəkildə girib ədəbiyyat əldə etmək olur. Amma universitetin müəyyən ixtisasla bağlı vahid proqramı, ədəbiyyat bazasının olması vacibdir. 

Hazırda bir çox universitetlərdə bəzi ixtisasların tədrisi ingilis dilində aparılır. Lakin bu ixtisaslar yalnız adının cazibəsinə görə insanları özünə cəlb edir. Amma bu ixtisasların tədrisi ilə bağlı çox böyük kadr boşluğu var. Təbii ki, tədrisi ingilis dilində olan ixtisaslarla bağlı dərs deyən müəllimlər ingilis dilini özləri akademik səviyyədə bilməlidir. Belə müəllimlərimizin sayı azdır. Ədəbiyyat isə ümumiyyətlə yoxdur. Bu ixtisasların imtahan prosesi var. Hər smestrin sonu o ixtisasda oxuyan uşaqlar hansı ədəbiyyatdan hazırlaşmalı olduqlarını bilmirlər”. 

Elmin Nuri əlavə edib ki, praktiki bilgi baxımından isə tədrisin olmaması ümumiyyətlə başqa bir problem, başqa biabırçılıqdır:

“Universitetin bir tərifi var. Əmək bazarına lazımi kadr hazırlayan müəssisə deməkdir. Bu müəssisə müxtəlif ixtisaslarla bağlı kadrları 4-5 il ərzində formalaşdıraraq əmək bazarına ötürür. Əmək bazarının özünü realizə etməsi isə artıq kadrların işidir. Bu gün isə həmin kadr ötürücülüyü zəifdir". 

Ekspert deyib ki, bir ara bir çox universitetlərin əmək yarmarkası keçirməsi dəb almışdı. Lakin kadr formalaşandan sonra bu əmək yarmarkasının keçirlməsinin heç bir mənası yoxdur:

“Bir çox universitetlərdə karyera mərkəzləri var. O mərkəzlərin işi əmək bazarı ilə universitetlər arasında əlaqənin təşkili, gələcəyin kadrını-tələbəni əmək bazarına, istehsalata hazırlamaq, onun əlaqəsini qurmaqdan ibarətdir. Biz bu mövzuda UNEC təcrübəsini müsbət bir addım olaraq göstərə bilərik. Universitetlər bu istiqamətdə düzəlməlidir. Proqramda praktikyönümlü tədrisin proqramı universitet daxili elmi şurada yenidən incələnməli, xüsusi şəkildə işlənməlidir. Əmək bazarı ilə olan əlaqələr inkişaf etdirilməli, özəl və dövlət şirkətləri ilə əlaqələr yüksək şəkildə qurulmalıdır. Karyera mərkəzləri formal deyil, öz profil istiqamətində fəaliyyət göstərməlidir, tələbəni auditoriyadan çıxarıb əmək bazarına sövq etməlidir”.

Sosioloq Mail Yaqub isə deyir ki, işi götürənlərin işçidən təcrübə tələb etməsi doğru deyil:

“Bu tələbə əvvəldən bir yerdə işləməlidir ki, təcrübəsi yaransın. İşə təzə başlayıb, təhsilini təzə bitiribsə, bu necə təcrübə toplaya bilər. Mənə ələ gəlir ki, şirkətlərin işə götürən HR mütəxəssisləri həmin şəxslə 15-20 dəqiqə söhbət edəndən sonra iş üçün müsahibəyə gələn şəxslərin “yumşaq” bacarıqlarına bələd olacaq. Onlar bununla da müsahibin tənbəl olub-olmadığını, işə məsuliyyətli olmağını, ünsiyyət bacarıqlarının necə olduğunu, etik davranışlarını az da olsa müəyyən edə bilər. Bunlar çox önəmlidir”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin