BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
32131

Azərbaycanda 1, 3, 5 qəpiklərin dövriyyəsində problemlər mövcuddur. Müşahidələr göstərir ki, marketlərdə bir çox insan xüsusən qalıq kimi qaytarılan 1 və 3 qəpiyi götürməkdən imtina edir. Bu qəpiklərlə hər hansı məhsulun alınması mümkün olmadığı kimi, bu pulları ödəniş kimi qəbul etməyən mağaza və obyektlər də var. Bəs bu qəpiklər dövriyyədən çıxarılmalıdırmı?

Valyuta.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli metbuat.az-a açıqlamasında Azərbaycanda qiymət artımı və inflyasiyanın sürətli getdiyini, bu səbəbdən 1,3,5 qəpiklərə ehtiyac azaldığını deyib: "Marketlərdə qalığın qaytarılması ilə bağlı da problemlər yaşanır. Nə qədər qəribə səslənsə də, bu qəpiklərin istehsalı pulun öz nominal dəyərindən baha başa gəlir. Məsələn, 1, 3 qəpikliklərin istehsalı üçün 1-3 qəpikdən daha çox vəsait tələb olunur.

Bəlkə də 5 qəpiklərin dövriyyədə saxlanılması doğru ola bilər, amma 1-3 qəpiklərin çıxarılması daha məntiqlidir. Çünki iqtisadi cəhətdən də sərf etmir. İqtisadi məntiqlə yanaşsaq, onların istehsalına xərclənən pula dəymir".

Natiq Cəfərli bildirir ki, bu problemlərin yaranmaması üçün nağdsız ödənişlərin artmasına ehtiyac var: "Kağız pullarla bağlı belə bir problem hələki yoxdur. Kağız pullarda zaman-zaman pul nişanlarının yenilənməsini görürük. 10, 20 və 50 manatlıqlar artıq yenilənib, yeni dizaynla çap olunub.

Nağdsız ödənişlər də xeyli artıb. Bunda bir çox amillərin rolu oldu. Həm “ƏDV-ni geri al” proqramının təsiri oldu, həm də pandemiyanın təsiri oldu ki, daha çox kartla ödəniş etməyə başladıq. Ticarət dövriyyəsində kartla ödənişlər artıq 35-40 faizi ötüb. Bu da çox ciddi təsir göstərir, qəpiklə qalıqların qaytarılması problemi aradan qalxır".

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, bu qəpiklərin dövriyyədən çıxarılması nəzərdə tutulmur və qanunvericiliyə görə, bu qəpiklərdən ödəniş vasitəsi kimi istifadə edilə bilər: "Heç bir iaşə və ya pərakəndə ticarət obyekti bu qəpiklərin ödəniş vasitəsi kimi istifadəsindən imtina etmək ixtiyarına sahib deyil. Ödənişi qəbul etməyən şəxslər isə qanunu pozmuş olurlar. İnsanlar da öz hüquqlarını bilməlidirlər ki, bu qəpikləri ödəniş vasitəsi kimi qəbul etmək satıcının borcudur. Burada heç bir problem olmalı deyil.

Qiymətlər o yerə gəlib çatıb ki, bu qəpiklərin istifadəsi mümkünsüz olub. Hazırda manat dollara və digər valyutalara nisbətdə kifayət qədər stabildir, ona görə də, bu qəpiklər qalmalıdır.

Dünyada olan bir trend var ki, azərbaycanlılar da həmin istiqamətdə gedirlər. Artıq insanlar daha çox kartla və ya onlayn ödənişlərə üstünlük verirlər. Bu, puldan istifadə xüsusiyyətlərini dəyişəcək. Ona görə də, ənənəvi nağd pulun əhəmiyyəti itir. Buna baxmayaraq, 1,3,5 qəpiklərin dövriyyədən çıxarılması nəzərdə tutulmayıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin