BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
32026

Banklar əmanətlərə maksimum 12 faiz gəlir təklif edirlər. Daha çox 8-10 faiz civarında rəqəmlər görürük. Bu o deməkdir ki, banka əmanət olaraq yerləşdirdiyimiz 100 min manat vəsait bizə il ərzində maksimum 12 min manat gəlir gətirə bilər. Yəni il sonunda 112 min manatımız olacaq. Ötən il isə 13,9 faizlik inflyasiya qeydə alındı. Bu da o deməkdir ki, əlimizdə 112 min manat vəsait olsa da, həmin vəsait 13,9 faiz inflyasiya nəticəsində 96 432 manata bərabər olacaq. Artıq bu cür düşünənlər var ki, banka əmanət yerləşdirsəm, real olaraq gəlir əldə etməyəcəm. Ona görə bank əmanətindənsə, daşınmaz əmlaka yatırımı üstün tutanlar çoxalır. Əslində, doğru qərar nədir? Pulumuzu banka yerləşdirsək, yoxsa daşınmaz əmlaka yatırsaq, daha çox qazanarıq?

İqtisadçı Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, bənzər iqtisadi vəziyyətə dünyanın əksər ölkərində tez-tez rastlaşılır: “Bu hal xüsusilə inflyasiyanın yüksək olduğu dövrlərdə müşahidə edilir. Əmanət faizləri vətəndaşların vəsaitlərini tam olaraq inflyasiyadan qoruya bilməsə də, böyük bir qismini əmanət faizləri ilə neytrallaşdırmaq mükündür. Azərbaycan vətəndaşları vəsaitləri evdə, yoxsa bankda saxlamaq seçimi qarşısındadır. Bankda saxlamaq daha düzgün qərardır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda investisiya və vəsaitlərin yerləşdirilməsi imkanları geniş deyil. Maliyyə, səhm, qiymətli kağızlar bazarı inkişaf etməyib. Bu baxımdan, vətəndaşların vəsaitlərini evdə saxlamaq yerinə, əmanət yerləşdirmələri ən azından onların zərərini kompensasiya edir”.

R.Həsənovun sözlərinə görə, daşınmaz əmlak bazarında fürsətlər nisbidir: “Daşınmaz əmlak bazarından gəlir məsələsi bir çox amildən asılıdır. Binaların yeni inşa olunduğunda qiymətlər aşağı olur, binalar başa çatdıqdan sonra isə qiymətlər artır. Vətəndaşlar bu amili qısamüddətli faydaya çevirə bilərlər. Bundan başqa, daşınmaz əmlakın harada alınması da vacib məqamdır. Rayonlarda daşınmaz əmlakın qiymətinin artması imkanları məhduddur. Vətəndaş regionda öz vəsaitlərini tikintiyə xərcləsə, hətta çəkdiyi xərcdən də aşağı qiymətə sata bilər. Çünki likvidlik rayonlarda aşağıdır. Bakı və Abşeron yarımadasında isə likvidlik rayonlara nisbətən yuxarıdır. Buna görə də, bu ərazilərdə tikinti üçün xərclədiyi vəsaitlərdən daha çox mənfəət əldə edə bilər. Daşınmaz əmlak bazarı ümumilikdə, likvid bazar deyil”.

İqtisadçı sonra vəsait yerləşdirilməsi ilə bağlı diqqət edilməli olan nüansları qeyd etdi: “Daşınmaz əmlakı pula çevirmək əmanətə nisbətən daha uzun zaman tələb edir. Əgər vəsaitləriniz sizə qısa müddətdə lazım olsa, banka yerləşdirmək daha yaxşıdır. Ona görə investisiya yerləşdirərkən, bir yox, kompleks nüanslara əsasən qərar vermək daha yaxşı olar. Yığım edilən vəsaitin məbləği, onun sərbəst olduğu dövrün müddəti, seçilən bölgə, seçilən aktiv və onun likvidlik məsələsi, gətirəcəyi mənfəət norması bütün bunlar vətəndaşları qərar qəbulunda diqqət etməli olduğu əsas məqamlardır”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin