BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
31796

Bəzi hallarda yüksək təhsil almış, intellektual səviyyəyə malik gənclər də iş tapmaqda çətinlik çəkirlər. Onlar “Müəyyən təcrübə proqramlarına qoşuluram, öz üzərində daim işləyirəm, amma yenə də iş tapa bilmirəm” - deyirlər. Bəs problem nədədir? Həmin şəxslər niyə müraciət etdikləri şirkətlərdən “yox” cavabı alırlar?

UNEC-in müəllimi, “Mazarina Trade Company”də İnsan Resursları şöbəsinin direktoru Saleh Həsənov valyuta.az-a açıqlamasında bildirdi ki, iş axtaran gənclərin çoxunda təhsil sənədi problemi yoxdur: “Əgər bir gənc həm təhsil, həm, təcrübə proqramına sahibdirsə, öz üzərində işləyirsə, o zaman burda ola biləcək problem tamam fərqli ola bilər”.

Müsahib bu problemin bir neçə səbəbi ola biləcəyinə diqqət çədi: “Birincisi, ola bilər ki, əmək bazarının təklifləri həmin gənci qane etməsin. Yəni əmək haqqı və ya təklif olunan şərait və üstünlüklər onun gözləntisinə uyğun olmasın. İkincisi, gəncin doğru istiqamətdə karyerasını qurmaması ola bilər. Yəni gəncin təcrübə proqramı və ya təhsili işləmək istədiyi sahə üzrə deyil. Üçüncüsü, nəzərə alınmayan və ya diqqətdən qaçan məsələlər olur. Bu isə əsasən yumşaq bacarıqları özündə əks etdirir. Gənclərdə bu istiqamətdə problemlər daha qabarıq müşahidə edilməkdədir. Yumşaq bacarıqlar dedikdə dərketmə, kommunikasiya, emosional zəka, komanda işi və onun idarə edilməsivə.s bacarıqlar nəzərdə tutulur. Bu bacarıqları özündə inkişaf etdirməklə iş tapmağın öhdəsindən gələ bilərlər”.

S.Həsənov qeyd etdi ki, iş axtaran zaman bilik, bacarıq və qabiliyyətlər bir-birini tamamlamalıdır: “Əks halda iş tapmaq asan olmayacaq. Gənclər isə öz sahəsində karyera koçu və ya uğurlu karyerasını qurmuş şəxslərdən məsləhət alsınlar və bu onların inkişafına güclü təkan ola bilər”.

Qarakişi Vəlizadə


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin