BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
31543

“İnkişaf etmiş ölkələrdə istiqrazları, qiymətli kağızları təkcə dövlət buraxmır, bu kağızları həm də özəl şirkətlər buraxır”.

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli dövlət istiqrazları haqqında danışarkən deyib. 

İqtisadçı deyib ki, dövlət adətən ona pul lazım olanda istiqrazlar buraxır, vətəndaşlardan pul alır:

“Dövlət istiqrazları dövlətin pula olan ehtiyacını vətəndaşın ehtiyata yığdığı vəsaitlər hesabına ödənilməsidir. Həmin o istiqrazlar müəyyən müddətdən sonra sahibinə müəyyən dividentlər, faizlər qazandırır. Digər tərəfindən özəl şirkətlərin yəni səhmdar cəmiyyətlərin buraxdığı qiymətli kağızlar müəsisənin maliyələşməsi üçün, onun fəaliyyətini genişləndirmək məqsədi ilə istifadə olunur. Həmin vəsaitlərin hesabına gələn gəlirin mənfəət hissəsi ilin sonunda səhmlər arasında bölünür”. 

Akif Nəsirli bildirib ki, bütün bunlar ölkədə səhm bazarını yaradır: “İnsanlar bu səhmləri əldə etməklə müəyyən gəlir əldə edirlər. Məsələn, pandemiya dönəmində Amerikanın qiymətli kağızlar bazarında güclü canlanma getdi. Bu canlanmaya da səbəb var idi. Belə ki, dövlət vətəndaşlar kompensasiya olaraq vəsait verirdi. Amma hər yer bağlı olduğuna görə vətəndaşlar o pulları xərcləyə bilmirdi. Kütləvi olaraq hər kəs pulunu qiymətli kağızlar bazarına qoydu. Buna görə də dünyada iqtisadiyyatın sahələri donduğu halda ABŞ-da səhm bazarında canlanma qeydə alındı”. 

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında danışan iqtisadçı deyib ki, ölkəmizdə bu bazar işləmir:

“Hələ ki, Azərbaycanda vətəndaşların belə bazara çıxış imkanları yoxdur. Bir qrup insanın bu bazara çıxış imkanı var, o da məhdud çevrədə həyata keçirilən əqdlərdir. Bu gün Azərbaycanda qiymətli kağızlar bazarı normal işləsə pulu olan vətəndaşlar pulunu nə yastığın altında, nə də banklarda saxlamaz, qiymətli kağızlara yatırar”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Vaqif Tağıyev: 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Almaniyanın polad sənayesi iflasa uğraya bilər

Çin yüzlərlə "Airbus" təyyarəsi alacaq

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi - RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin