Ekspert
04.08.2023 / 09:47
Azərbaycanlı iş adamına hücum anının görüntüləri - Başından vuruldu (VİDEO)
31084
Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı iş adamı Roman İsayevin güllələnməsini görüntüləri yayılıb.
Day.Az xəbər verir ki, videoda bir nəfərin iş adamına yaxından atəş açdığı öz əksini tapıb.
Atəş açan şəxs ərazidən qaçıb.
Qeyd edək ki, hadisə ötən gün baş verib.
Başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.
Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib.
Xatırladaq ki, Roman İsayev "Lilo Mall" ticarət mərkəzinin sahibidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay