BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
31038

Azərbaycanda pul bazası 18 milyard 262,6 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu, iyulun 1-i ilə müqayisədə 0,8 % azdır. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,6 %, son 1 ildə isə 13,3 % artıb.

Bəs pul bazasının artması və azalması ölkə iqtisadiyyatına necə təsir edir?

Valyuta.az məsələni iqtisadçı Pərviz Heydərovla müzakirə edib.

Pərviz Heydərov deyib ki, pul bazasının artıqlığı iqtisadiyyat üçün əlavə güc rolu oynayır:

“Dövriyyədə hər iki şəkildə pul vəsaitinin bolluğu ölkədə biznesi inkişaf etdirir, sahibkarlara yardım edir, onlar ucuz kredit əldə edə bilir. Pul bazası dövriyyədə nağd və qeyri-nağd şəklində olan vəsaitidir. Amma ölkədə iqtisadi aktivlik üçün maksimum şərait yoxdursa, dövriyyədə həddindən artıq nağd və qeyri-nağd pul vəsaitlərinin mövcudluğu inflyasiyaya, pulun dəyərdən düşməsinə gətirib çıxarır. Ona görə də bu prosesə bütün ölkələrdə Mərkəzi Banklar nəzarət edir”. 

İqtisadçı bildirib ki, Mərkəzi Bankın nəzarət mexanizmi uçot dərəcəsidir: 

“Uçot dərəcəsini aşağı salanda pulun dəyəri ucuzlaşır, pul bazası genişlənir. Yuxarı qaldıranda isə pul bazası daralır. Dövriyyədə nağd və qeyri-nağd pul kütləsinin həcmi azalır, kredit faizləri artır. Bu da iqtisadi aktivlik, ölkə iqtisadiyyatının inkişafı üçün məhdudlaşdırıcı alətə çevrilir”. 

Pərviz Heydərovun sözlərinə görə, son bir ayda pul bazasının azalması Mərkəzi Bankın uçot dərəcisini qaldırması, pul, kreditlə bağlı siyasətini sərtləşdirməsi ilə əlaqəlidir:

“Mərkəzi Bankın uçot dərəcəsi hazırda 9 faizdir. Halbuki 2015-ci ildə 13 faiz idi. Uçot dərəcəsini qaldırmaqla pul kütləsinin həcminə təsir etmək mümkün deyil. Çünki bizdə qeyri-leqal dövriyyə, kögə iqtisadiyyatı və s var. Ona görə də pul bazasının azaldılması ölkədə sərt kredit siyasətinin yeridilməsi ilə izah olunmalıdır. Bu proses də o vaxt dayanacaq ki, ölkədə inflyasiya səngiyəcək”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin