Ekspert
02.08.2023 / 14:08
“Bunu da Elm və Təhsil Nazirliyi etməlidir” - Deputat
31024
“Orta ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-i başlaması daha məqsədəuyğundur”.
Bunu Valyuta.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat burada bir çox məsələlərin vacibliyini vurğulayıb:
“Onlardan biri hava şəraiti ilə əlaqədardır. Yəni, iyun ayında havalar kəskin istiləşir, belə olanda heç kim dərsə getmək istəmir. Digər bir məsələ isə valideynlərdə iyun ayının əvvəlindən şagirdlərin dərsə getməməsi ilə bağlı ənənə formalaşıb. Bir sıra hallarda bu vaxt itkisi kimi özünü göstərir”.
Deputat bildirib ki, həm hava, həm də digər problemləri nəzərə alaraq bu məsələ aidiyyatı qurumlar qarşısında qaldırıla bilər:
“Bunu da Elm və Təhsil Nazirliyi etməlidir”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay