BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
30816

“Bu qiymətlər valideynlər üçün əlçatandır”.

Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi yeni məktəbli formalarının qiymətini şərh edərkən deyib. Ekspert əvvəlki dövrlərdə məktəbli formalarının baha satıldığını və ailələrin büdcəsi ilə uyğunlaşmadığını bildirib:

“Valideyn bir forma almaq üçün 80-100 manat xərcləyirdi. Əgər deyilən qiymətə satılacaqsa, düşünürəm ki, bu qiymət ailələri qane edəcək. Qiymət əlçatandır. Amma məktəbli geyiminin hər il dəyişməsi doğru yanaşma deyil”.

Ekspert hesab edir ki, şagird eyni formanı geyə bilirsə, ona imkan yaratmaq lazımdır:

“Əsas odur ki, aidiyyatı qurumlar formaların satışına nəzarət etməlidir ki, işbazlar bundan faydalanmasın. Ölkədə təxminən 1 milyon 600 min şagird var. Onların hər birinin forma alması kifayət qədər böyük məbləğin toplanmasına gətirib çıxardacaq. Ona görə düşünürəm ki, yeni formaların satışı minimal qiymətlər üzərindən həyata keçirilsə daha məqsədəuyğun olar”.

Qeyd edək ki, 2022-2023 tədris ilində aşağı siniflər (I-VI) üçün hazırlanan məktəbli formalarının qiyməti açıqlanıb. "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov mətbuata açıqlamasında bildirib ki, 2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir: "Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq. Parçalar Türkiyə və Belarusiyadan gəlir".

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin