Sertifikasiyadan keçməyən müəllimlərin taleyi necə olacaq? - Ekspert
“Sertifikasiyadan keçməyən müəllimlər məktəbdə başqa sahələrdə işləyə, digər texniki və yardımçı işlərlə məşğul ola bilərlər”.
Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov sertifikasiyadan keçməyən müəllimlərin gələcək taleyi məsələsindən danışarkən deyib:
“Sertifikasiya bilik və bacarıqları minimum olan müəllimləri müəyyənləşdirməyə imkan verir. 4 il ali təhsil alıb, 5 ildir orta məktəbdə işləyən bir insan ixtisasını bilməlidir. Sertifikasiya imtahanın mahiyyəti də ixtisas biliyi yüksək olan müəllimləri müəyyənləşdirmək və onların əməyini stimulaşdırmaqdır. Belə olan halda orta məktəbdə övladlarımıza dərs deyən müəllimin bilik və bacarıqlarının zəif olmasına necə razı ola bilərik? Əlbəttə ki, hər kəsin əmək hüquqları var. Amma sertifikasiyadan keçməyənlər müəllim kimi çalışa bilməzlər.
Düzdür, onlara bir il də şans veriləcək və əvvəlki dərs saatları ilə işləməkdə davam edəcəklər. Onlara ikinci şans verilir. İkinci il sertifikasiya imtahanında isə 60 sualdan minimum 30-a cavab verməsələr, bu şəxslərlə bağlanılan müqavilələrə xitam veriləcək. Amma bu heç də onların məktəbdən uzaqlaşdırılması anlamına gəlmir. Belə ki, onlar məktəbdə başqa sahələrdə işləyə, digər texniki və yardımçı işlərlə məşğul ola bilərlər. Minimum ixtisas biliyi olmayan şəxslər orta məktəbdə işləyə bilməz. Buna heç kim razı olmaz. Bu ədalətli yanaşmadır.
Təhsil sistemindəki problemlər ilk növbədə onun idarə olunmasındakı problemlərdən qaynaqlanır. İkinci səbəb isə müəllimin özündədir. Heç bir ölkədə təhsilin səviyyəsi müəllimin səviyyəsindən artıq ola bilməz. Müəllimin səviyyəsi nədirsə, təhsilin səviyyəsi də odur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay