BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
29229

“Azərbaycan sahibkarları Türkiyədən məhsulu lirə ilə alırlarsa, məntiqlə Azərbaycanda onun dəyəri ucuzlaşmalı, qiymət idxal ölkəsi olaraq bizə sərf eləməli idi”. 

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli "Azərbaycanda Türkiyə məhsulları ucuzlaşacaqmı" sualına cavabında deyib. O, Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu bildirib:

“Adətən hər hansı bir ölkənin milli valyutası ucuzlaşan zaman, yəni məhsul yerli istehsaldırsa, onun xaricə satışı stimullaşdırılır, daha çox milli valyuta ilə alıb dollarla satan zaman yerli istehsalçıların gəlirləri artır. Ancaq təəssüf ki, Azərbaycanda iqtisadi sahələrdə ciddi inhisarçılıq, gömrük rüsumları, vergiləri yüksək olduğuna, eyni zamanda gömrük orqanları bəyanamə qiyməti titbiqi altında idxal olunan mallara əlavə sahibkarın real aldığı qiymətdən əlavə rüsum və vergi hesablamaq məqsədi ilə daha yüksək göstərməyə məcbur etdiyinə görə bizdə analoqu olmayan stuasiya yaranır”.

Nazim Bəydəmirli Azərbaycana gələn məhsulların ucuzlaşması əvəzinə daha da bahalaşdığını vurğulayıb:

“Proseslər Azərbaycanda belədir. Ya qiymət yerində qalır, ya da bahalaşır. Türkiyə istehsalı məhsulların Azərbaycanda ucuzlaşmalı olduğu halda bizdə onun əksi prosesini görürük. Bu iqtisadi nəzəriyyəyə, praktikaya zidd olan addımlardır. Bunun səbəbi də süni qiymət artımıdır, hansı ki, onu gömrük ilə vergi orqanları yaradır. Sahibkarlara müxtəlif maneələr törədərək, ucuzlaşmadan istifadə edərək, vətəndaşlar daha çox istehlak malları gətirmək üçün çaba göstərsələr də, onun müxtəlif inzibati yollarla qabağını alırlar. Bu monopoliyaya xidmət edən bir sistemdir”.

İqtisadçı ekspert Xalid Kərimli isə deyib ki, Azərbaycanda satılan Türkiyə məhsullarının qiymətində enmə müşahidə olunub:

“Mağazalarda olan, xüsusən də onlayın satışda köhnə qiymətlərlə abarlara, topdansatış mərzələrinə lirə ilə satılan məhsullar manatda ucuzlaşmış olur, avtomatik olaraq bundan alıcılar faydalanır. Bundan əlavə sahibkarlar köhnə lirə qiymətləri ilə razılaşdığına görə, prosesdən uduşlu çıxırlar. Yəni, məhsulu daha ucuz almış olurlar”. 

İqtisadçı ekspertin fikirincə, bir müddət keçəndən sonra sahibkarlar lirə ilə aldıqları məhsulların qiymətini bahalaşdırmağa başlayırlar.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Amerikada işləmək istəyənlər üçün ən yüksək maaşlı 10 peşə

Şirkətlərdə daha çox hansı işçilər ixtisara düşür?

Birotaqlı mənzillərin qiyməti niyə bahalaşır?

ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

"Bitcoin"in cari vəziyyəti və ehtimallar

Ədalətli rəhbər necə olur?

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

Azərbaycanda BOKT digər şəxs tərəfindən satın alınıb

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - Rəsmi açıqlama

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Sürücülər narazıdır (VİDEO)

Deputatlar 18 məsələyə görə toplaşırlar

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Bakıda vətəndaşların ölümlə üz-üzə qaldığı yol (VİDEO)

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

Qarabağ işğaldan azad olunandan sonra biznesi böyüyən sahibkar - MÜSAHİBƏ

“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

Şahdağa qar yağıb - Faktiki hava

1-2 otaqlı mənzillərin qiyməti bahalaşdı: “Bu tip əmlakı olanlar qeydiyyata düşə bilmirlər

Dörd rayonun qaz təchizatında fasilə yaranacaq

ChatGPT "insanlıq testində" tələbələrlə “yarışdı” – Kim daha uğurlu oldu?

Qlobal iqtisadiyyat üçün əsas risklər açıqlandı

"Sahil-A" MTK məhkəmə qarşısında

Avstraliya şirkəti müştəriləri aldatdığına görə 66 milyon cərimə ödəyəcək

Nazirlik 636 min manatlıq banket xidməti alır

Latviya aviadaşıyıcısı hakimiyyətdən Rusiyadan mal almağı yasaqlamamağı xahiş etdi

Universitet 110 min manatlıq avtomobil alır

Universitet 110 min manatlıq avtomobil alır

"Apple" ilk "iPhone Slim"i buraxmağa hazırlaşır

"RİCH MOTORS" gömrük qaydalarını pozub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin