BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
19988

"Mərkəzi Bank tərəfindən liberal iqtisadiyyat prinsiplərinə uyğun valyuta konvertasiyası ilə bağlı yeni qaydaların müəyyənləşdirməsi məqsədəuyğun olardı. Bank sektorundakı rəqabətin daha da gücləndirilməsi də bu tip halların minimumlaşdırılmasına səbəb ola bilər”.

Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
 
Onun sözlərinə görə, valyutadəyişmə məntəqələrində xarici valyutaların, o cümlədən dollar və avronun alış və satış kurs fərqləri minimumlaşsa da, sistem əhəmiyyətli banklarda konvertasiya məzənnələri arasındakı kəskin fərq qalmaqdadır:

"Belə ki, nağdsız hesablaşmalar üçün xarici valyutanı, xüsusən də avronu kifayət qədər aşağı məzənnə ilə alan bir sıra banklar onu daha yüksək kurs ilə satırlar. Sistem əhəmiyyətli bir sıra banklar avronu 1.88 manat məzənnəsi alır, amma 1.95 kursu ilə təklif edirlər. Bu isə biznesin və xüsusən də fərdi sahibkarların konvertasiya, yəni valyuta alqı-satqısı zamanı vəsait itiriməsinə səbəb olur. Məsələn, 100 min avronu manata çevirib yerli ödənişlərini etmək istəyən sahikar həmin vəsaitin müqabilində 188 min manat alır. Amma əgər sahibkar manat hesabından avro alıb xarici ödəniş etmək istəyirsə, o zaman 100 min avro üçün 195 min manat ödəməlidir. Deməli, yalnız 100 min avroluq alqı-satqılarda biznesin ziyanına 7 min manat fərq yaranır. Xarici şirkətlər ilə əməkdaşlıq edən sahibkarların konvertasiya əməliyyatlarının yüz milyonlar olduğunu nəzərə alsaq, fərqin necə böyük olduğunu təsəvvür etmək çətin olmaz”.
Vüqar Bayramov onu da bildirib ki, konvertasiya məzənnələri arasındakı kəskin fərq sistem əhəmiyyətli bankların sektordakı aparıcı mövqelərindən istifadə kimi də xarakterizə olunmalıdır:

"Bu baxımdan, bu məsələnin də Mərkəzi Bank tərəfindən tənzimlənməsinə ehtiyac var”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

"Azərbaycan Beynəlxalq Bankı" məhkəməyə verilib

İş yerinizi hansı hallarda tərk etməlisiniz?

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

Şənbə günü 32 dərəcə isti olacaq

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin