BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

"Yumurtanın bahalaşmasının səbəbləri müxtəlifdir. Birincisi, Azərbaycan özünün yumurtaya olan ehtiyacını ödəyə bilmir”.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib. 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi norma adam başına 191 ədəddir. Azərbaycanda isə 2021-ci ildə adam başına 174 ədəd istehsal olunub:

"İkincisi, günlər gödəlib və kənd yumurtası istehsalı azalıb. Həmçinin bəzi işıqlandırmadan istifadə olunmayan müəssisələrdə, yəni intensiv yemləmə olmayan müəssisələrdə də yumurta istehsalı azalıb. Bu da ümumulikdə, təklifin azalmasına, qiymətin artmasına gətirib çıxardıb.

Onu da deyim ki, Azərbaycanda gün uzananda və gödələndə də bir çox halda yumurtanın qiyməti bahalaşır. Mövsümlə də bağlıdır. Bu da o deməkdir ki, Azərbaycanda az olan yumurtanın istehsalının qaydasını qoya bilmirlər. Digər bir səbəb isə Azərbaycanda yumurta istehsalında istifadə olunan yem xaricdən gəlir. Yemin də qiyməti son 3 ayda ciddi şəkildə bahalaşıb. Bundan əlavə, digər yem komponentlərinin də qiymətində bahalaşma baş verir”.

Vahid Məhərrəmov həmçinin yumurta ilə bağlı monopoliyanın yaranmasını diqqətə çatdırıb:

"Bu olmasaydı, birdən-birə, eyni zamanda bütün ticarət obyektlərində qiymət bahalaşmazdı. Monopoliyanın da mövcudluğu burada öz rolunu oynayır. Nə etmək lazımdır? Yumurta istehsalını artırmaq, yemi daxildə istehsal etmək lazımdır. Bəzi istehsal vasitələrini ölkə daxilində istehsal etməklə yanaşı, həm də məhsuldarlığı artırmaq lazımdır”.

Qeyd edək ki, Azərbaycanda broyler yumurtalarıının qiyməti bahalaşıb. Ağ yumurta 12 qəpikdən 19 qəpiyə, sarı yumurta 19 qəpikdən 22 qəpiyə, kənd yumurtasının topdan satış qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb.

Mənbə: Qaynarinfo 

Son xəbərlər

İrəvan-İstanbul reyslərinin sərnişinləri “hava vergi”si ödəməyəcək

AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı

“Haqsız rəqabət haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycan Gürcüstanla turizm sahəsində əməkdaşlığı müzakirə edib

"Britaniya Rusiyaya qarşı sərt sanksiya layihəsi hazırlayır" - Elizabet Trass

Dünyanın ən varlı 5 adamı iki həftə ərzində 85 milyard dollar itirib

Ölkəyə gətirilən məhsulların 17,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

"Azərenerji" Qarabağda 4 obyektin tikintisinə icazə alıb

Xudafərin sərhəd keçid məntəqəsi ilə bağlı razılıq əldə olunub

Pul hesabatından nə görünür?

İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 2500 AZN maaş

Dünya Bankı Azərbaycanda vergi islahatlarına texniki dəstək layihəsini uzadıb

Reuters: ABŞ Avropa üçün Rusiya qazına alternativ axtarır

Eks deputatın qardaşına 8 milyonluq ittiham: Elşən Cəbrayılovla bağlı müraciət niyə araşdırılmır?

Eks deputatın qardaşına 8 milyonluq ittiham: Elşən Cəbrayılovla bağlı müraciət niyə araşdırılmır?

“AccessBank” tender elan edir

İkinci “Ağıllı kənd” salınır: nə qədər insan köçürüləcək?

Nar bağlarının sığortası başlayıb

Azərbaycanda kirayə avtomobil bazarı nə yerdədir? - QİYMƏTLƏR

Azərbaycanda kirayə avtomobil bazarı nə yerdədir? - QİYMƏTLƏR

Dini qurumlar ianəni bank kartı ilə qəbul edə biləcəklər

DSMF-nin büdcədən asılılığı azalıb, amma bir sual qalır – TƏHLİL

Bütün xəbərlər