BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
13128

Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Valyuta.az xəbər veri ki, mühasibat mütəxəssisi Emin Salamov qanunvericiliyin bu tələbi ilə bağlı təcrübədə rast gəlinən bəzi suallara aydınlıq gətirib.

Mütəxəssis bildirib ki. AR Vergi Məcəlləsinin 98-ci maddəsinin 1-ci hissəsinə görə, muzdlu işlə əlaqədar alınan gəlir dedikdə fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir nəzərdə tutulur.

“Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manatdan çox olan məbləğin 25 faizi məbləğində gəlir vergisi tutulur.

Məcəllənin 102.1.6-cı maddəsində göstərilib ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30 000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır”, - deyə E.Salamov qeyd edib.

Dövlət sektorunda işləyən və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin aylıq əməkhaqqı 2850 manat təşkil etdiyini deyən ekspert bildirib ki, bu halda muzdlu işlə əlaqədar aylıq gəlirindən gəlir vergisi aşağıdakı kimi hesablanmalıdır:

“2850 – 400 = 2450 manat  /  2450 x 14% = 343 manat. Bəzən mühasiblər yalnışlıqla Məcəllənin 101-ci maddəsini əsas gətirərək yuxarıda qeyd edilən misalda aylıq gəlirin 2500 manatdan çox olan hisəssindən 25% (2850 – 2500 = 350 * 25% = 87,50 manat) , 2500 manatədək olan hisəssindən isə əlilliyi ilə əlaqədar azadolmanı (2500 – 400 = 2100 * 14% =294 manat) çıxdıqdan sonra 14% gəlir vergisi tutur ki, bu da son nəticədə 38.50 manat (294 + 87,50 – 343 = 38,50) çox tutulma deməkdir”.

Ekspert vurğulayıb ki, digər halda mühasiblər yalnışlıqla Vergi Məcəlləsinin 101-ci və 102.1.6-cı maddələrini əsas gətirərək yuxarıda qeyd edilən misalda işçinin aylıq gəlirinin 2500 manatdan çox olan hissəsindən 25% (2850 – 2500 = 350 * 25% = 87,50 manat), 2500 manadək olan hisəssindən isə əlilliyi ilə əlaqədar azadolmanı və Məcəllənin 102.1.6-cı maddəsində qeyd edilən azadolmanı çıxaraq (2500 – 400 – 200 = 1900 * 14% =266 manat) gəlir vergisi tutur: 

“Bu da son nəticədə 10,50 manat (266+ 87.50 – 343 = 10.50) çox tutulma deməkdir. Elə hallara da təsadüf edilir ki, mühasiblər yalnışlıqla Məcəllənin 102.1.6-cı və 102.2.4-cü maddələrini əsas gətirərək yuxarıda qeyd edilən misalda işçinin aylıq gəlirindən əlilliyi ilə əlaqədar vergidən azaldılan 400 manat azaltdıqdan sonra yenidən 200 manat azaldaraq gəlir vergisi (2850 – 400 =2450 – 200 = 2250 * 14% = 315) tutur ki, bu da dövlət büdcəsinə 28 manat (315-343 =28) gəlir vergisinin az ödənilməsi ilə nəticələnir. Bu isə sonrakı mərhələdə həm işəgötürən, həm də işçi üçün əlavə problemlər yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Tikinti şirkəti vətəndaşın torpağını zəbt edib - Məhkəmə çəkişməsi

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

Silikon Vadisində Azərbaycan dilində 2-ci “Breyn Rinq” oyunu təşkil olunub

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

Naxçıvanda daha bir yüksək vəzifəyə təyinat

"Azərbaycan Beynəlxalq Bankı" məhkəməyə verilib

İş yerinizi hansı hallarda tərk etməlisiniz?

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

Şənbə günü 32 dərəcə isti olacaq

Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

Bu tarixdən sağlamlıq haqda arayışı elektron formada almaq olar

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin