BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
13121

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, ötən il iyunun 1-dən ölkədə banklara manatla yerləşdirilmiş əmanətlər üzrə sığortalanma faizi illik 12%, xarici valyutada yerləşdiirilmiş əmanətlər üzrə sığortalanma faizi isə illik 2,5%-dir. Yəni, əmanətinin illik gəlirliliyi qeyd edilən faiz dərəcələrindən yüksək olmayan şəxslər bankda sığorta hadisəsi baş verdikdə, ADIF-dən əmanətini geri ala bilərlər. 

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, amma bu il aprelin 5-dən qüvvəyə minmiş qaydalara əsasən, kompensasiyanın məbləği 100 min manat və yaxud onun ekvivalentindən çox ola bilməz. Yəni, yalnız qeyd edilən məbləğə qədər olan əmanətlər qorunur.

Müşahidələr göstərir ki, Azərbaycan banklarının əmanətçilərə vəd etdiyi illik gəlirlilik əksər hallarda sığortalanma faizini keçmir. Yəni, banka əmanət yerləşdirən şəxslərin sığortalanma faizindən yüksək gəlir əldə etmək şansları demək olar ki, yoxdur. Amma burda diqqət yetirilməli məqam var. Tutaq ki, vətəndaş banka illik 12%-lə, 1 il müddətinə əmanət yerləşdirib.

Bank qanunvericiliyinə əsasən, əmanət müqaviləsi başa çatdıqdan sonra, vətəndaş pulunu geri götürməsə, müqavilə müddəti avtomatik daha 1 il uzadılır. Amma həmin vaxt əmanətlərin sığortalanması faizi azaldılmış, məsələn 10%-ə endirilmiş də ola bilər. Bu halda əmanətçi mümkün sığorta hadisəsi halında kompensasiya alacağına ümid edə bilərmi?

Doğrudur, bəzi banklar sığortanma faizininin azaldılması ehtimalını nəzərə alaraq əmanətçilərlə bağladıqlar müqaviləyə xüsusi şərt əlavə edirlər. Məsələn, "Bank BTB" ASC-nin əmanət müqaviləsində bildirilir ki, müddətin avtomatik 1 il uzadılması həmin vaxt qüvvədə olacaq sığortalanma faizinə uyğun həyata keçiriləcək. Yəni, Bank bir növ vətəndaşa "Əmanətiniz həmişə sığortalı olacaq" vədi verir. Bəs bu vədə inanmaq, arxayınlaşmaq olarmı? Çünki deyilən şərtə əməl olunmasa, sabah ADIF-in vətəndaşa kompensasiya ödəyəcəyinə zəmanət yoxdur.

 

"Bu kimi hallarda məhkəmələrimiz əmanətçinin mövqeyini qoruyur"

 

Bankçılıq üzrə ekspert Əkrəm Həsənov deyir ki, indiyə qədər bu cür problemlərlə çox rastlaşıb:

"Bir qayda olaraq əmanət müqavilələrində belə bir bənd olur ki, müddət bitəndə müştəri bankdakı vəsaitini geri götürmürsə, müqavilə eyni şərtlərlə, amma həmin vaxt bankda qüvvədə olan illik faiz dərəcəsi ilə uzadılır. Müştərilər əmanət müqaviləsi bağlayarkən ilk olaraq buna diqqət yetirməlidirlər. Mənim rastlaşdığım 99% hallarda bu cür olub. Problem o zaman yaranır ki, tutalım, müştəri əmanət yerləşdirəndə əmanətlərin sığortalanması üzrə faiz dərəcəsi 12 % olub, sonra isə müqavilə müddəti ərzində faiz dərəcəsi 10%-ə düşüb, bank isə bunu 12% olaraq saxlayıb".

Məhkəmədə bir neçə əmanətçinin bu cür problemləri zamanı vəkil olduğunu və məhkəməni udduğunu deyən hüquqşünas qeyd edib ki, əmanət müqaviləsindəki şərtlərdən biri də əmanətin qorunan olmasıdır: 

"Bu isə o deməkdir ki, az öncə qeyd etdiyimiz halda bank əmanətlərin sığortalanması üzrə faiz dərəcəsini 12 % olaraq hesabalaya bilməz və əgər faiz dərəcəsi düşübsə, müqaviləni 10 %-lə uzatmalıdır. İlkin müqaviləyə görə faiz dərəcəsi sığortalanmaya düşürdüsə, onda məsələ bu qaydada həll olunmalıdır. Çünki vətəndaşın ilkin müqavilə şərti sığortalanan olub. Əgər vətəndaşın ilk dəfə bağladığı müqavilədə əmanət sığortalanmış əmanət olubsa, sonradan da bu cür olmalıdır. Məhkəmələrimiz belə mövqedən çıxış edərək əmanətçini qoruyur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin