BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45940

Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə  isti təşkil edəcək.

11 aprel tarixində havanın yağmursuz  keçəcəyi,  şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

12 aprel tarixində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Arabir güclənən  şimal-qərb küləyi  gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.

Bayram günlərində Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, mülayim  şərq küləyinin əsəcəyi gözlənilir.

10,11,12 aprel tarixlərində Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Ətraflı

Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5,  gündüz 5-10 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i axşamadək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, bəzi yerlərdə 15 dərəcəyədək isti  olacaq.

Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhərdən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u gündüzdən 11-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u gündüzdən bəzi yerlərdə arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 11-də dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17, dağlarda gecə 2-4, gündüz 5-8 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 18-23, dağlarda gecə 7-9,  gündüz 11-16 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin