Ekologiya
11.06.2023 / 19:38
Gədəbəyə dolu düşdü, Vəlvələçaydan sel keçib (VİDEO)
29210
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Xidmətindən Valyuta.az-a verilən xəbərə görə, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.
Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay