BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
27231

Kürdə suyun səviyyəsi 1,7 metr qalxıb. Bu isə çayboyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də səbəb olub.

Valyuta.az Azərtac-a istinadən xəbər verir ki, qlobal ekoloji problem səbəbindən çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonlarının ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından ciddi təhlükə yaranmışdı. Son günlər Kür çayının səviyyəsində gözəçarpacaq dərəcədə qalxma müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricilərdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olması deməkdir.

Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaqlar. Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.

Pənah Mehnətov bildirib ki, suaşıran bəndlərin tikintisində məqsəd Kür çayının azsululuq dövründə su ehtiyatının yaradılması və qorunub-saxlanılması, çoxsululuq dövründə isə dəniz suyunun çaya qarışmasının qarşısını almaqdır:
“Gördüyünüz kimi, hər iki bəndin üzərindən Kür çayının suyu Xəzər dənizinə tökülür. Eyni zamanda, Xəzər dənizindən Kür çayına balıqların miqrasiyası üçün nəzərdə tutulmuş bənddən suyun keçməsi təmin edilib. Hazırda Salyan və Neftçala əhalisinin su ehtiyacı ödənilir”.

Qeyd edək ki, Kür çayının əsas və əlavə qolunun Xəzər dənizi ilə qovuşmasında tikilən suaşıran bəndlərin inşasına ötən il başlanılıb və bu ilin yanvarında başa çatıb. Birinci bəndin uzunluğu 350, eni 16, ikinci bəndin uzunluğu 200, eni 16, balıq keçiricisinin isə uzunluğu 20, eni üç metrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

Ən yaxşı iş axtarış saytları - Siyahı

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Dünya brendləri ilə işləyən İtaliya şirkəti Azərbaycan istehsalı ayaqqabıları dizayn edəcək

Sabah yağış yağacaq

Çin Mərkəzi Bankı əsas kredit faiz dərəcəsində dəyişiklik etmədi

Ağdamda Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu açılıb

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

Bakıda kirayə mənzil bazarında vəziyyət - Hansı hallar qiymətlərə təsir edə bilər?

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun

Üç kollecə direktor təyin olundu (SİYAHI)

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2 090 iş yeri yaradılacaq

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin