Dünya
17.01.2025 / 16:04
İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar
63385
Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanı 14 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Pakistan hökumətinin keçmiş başçısı torpaq korrupsiyası işi üzrə mühakimə olunub. Xanın həyat yoldaşı Büşra Bib isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İmran Xan və həyat yoldaşı onun Pakistanın baş naziri olduğu dövrdə qeyri-qanuni faydalar müqabilində iş adamı Malik Riazdan hədiyyə olaraq daşınmaz əmlak, yəni torpaq almaqda ittiham olunurlar.
İmran Xan 2022-ci ildə etimadsızlıq səsverməsi ilə seçilib. Xan iddiaları rədd edərək bildirib ki, namizədliyini irəli sürməsinə mane olmaq üçün siyasi rəqibləri tərəfindən hədəfə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay