BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
62969

Dublində, ali məhkəmənin yaxınlığında yerləşən sadə bir binada, təxminən 40 hüquqşünas ötən ilin iyun ayından etibarən demək olar ki, hər gün toplaşır.

Valyuta.Az xəbər verir ki, onların müzakirə etdiyi əsas məsələ Ukraynaya hücumdan sonra Rusiyada qalan 2,5 milyard avro (təxminən 2,1 milyard funt) dəyərində təyyarələrin taleyi ilə bağlıdır.  

Hüquqşünaslar çoxsaylı ekranlar və sənədlərlə dolu qutular arasında çalışaraq bu zərərin kim tərəfindən ödənilməli olduğunu müəyyən etməyə çalışırlar: təyyarə icarəçiləri, yoxsa "Lloyd’s", "AIG" və "Chubb" kimi böyük sığorta şirkətləri.  

Bu prosesin aylarla davam edəcəyi və məhkəmədə iştirak edən 180 hüquqşünasın və işə cəlb olunan digər tərəflərin hüquqi xərclərinin yüz milyonlarla avroya çatacağı gözlənilir.  

Londondakı ali məhkəmədə paralel şəkildə aparılan digər işlə birlikdə bu iş, tarixin ən böyük və mürəkkəb kommersiya işlərindən biri kimi qiymətləndirilir.  

İrimiqyaslı məhkəmə işləri, Rusiyada qalmış təxminən 400 təyyarənin itkisindən doğan zərərin ödənilməsi üçün dünyanın ən iri təyyarə icarəçilərinin sığorta şirkətlərinə qarşı irəli sürdükləri iddialara əsaslanır.  

Qərb sanksiyaları 28 mart 2022-ci il tarixinədək təyyarə icarəçilərini Rusiya aviaşirkətləri ilə müqavilələri ləğv etməyə məcbur etdi. Bunun nəticəsində təxminən 10 milyard dollar (təxminən 8,2 milyard funt) dəyərində aktivlər əlçatmaz oldu.  

Əvvəlcə Rusiyadan "oğurlanmış" təyyarələrin geri qaytarılması tələb olunsa da, Moskvanın bu tələbləri rədd etməsi icarəçilərin hüquqi iddialarına səbəb oldu.  

Rusiyanın bu təyyarələrin çoxunu sahiblərinin razılığı olmadan yenidən qeydiyyatdan keçirərək Rusiya aviaşirkətlərinə satdığı bildirilir. Buna cavab olaraq, icarəçilər müharibə riskinə dair sığorta şərtlərini əsas götürərək iddialar irəli sürdülər.  

Dünyanın ikinci və üçüncü ən böyük təyyarə icarəçiləri olan "SMBC" və "Avolon", eləcə də "BOC Aviation", "CDB Aviation", "Nordic Aviation Capital" və "Hermes Aircraft" iddialarını İrlandiyada irəli sürən əsas şirkətlər sırasındadır. Qeyd edək ki, dünyanın icarəyə verilən təyyarələrinin 60%-dən çoxu məhz İrlandiyada idarə olunur və ya mülkiyyətindədir.  

Keçən ay Dublindəki kommersiya məhkəməsində şahid qismində ifadə verənlər arasında "BOC Aviation" şirkətinin təcrübəli texniki meneceri də vardı. Şirkət, Rusiyanın "Aeroflot" aviaşirkətinin törəmə müəssisəsi olan "Pobeda Airlines"a təyyarələr icarəyə vermişdi.  

2022-ci ildə "BOC Aviation" təyyarələrin dəyərini silərək onların "yaxın gələcəkdə, hətta bəlkə heç vaxt" geri qaytarılmasının mümkün olmayacağını qeyd etmiş və bu səbəbdən itkilərin qarşılanması üçün sığorta iddiaları qaldırmışdır.  

Məhkəmə dinləmələri zamanı sığorta şirkətlərini təmsil edən hüquqşünaslar, 2022-ci ilin mart ayında "BOC Aviation"ın Rusiyadakı təyyarələrini çıxarmaq cəhdlərini əks etdirən elektron yazışmaları təhlil etdilər. Həmin ayın ilk həftəsindəki yazışmalar göstərir ki, şirkət 14 təyyarə, o cümlədən səkkiz ədəd "Boeing 737" modeli üçün Filippindəki "Lufthansa" obyektində dayanacaq yeri axtarırmış.  

Başqa bir yazışmada "BOC Aviation"ın Rusiyadakı əlaqələrinə şirkətin Çinli investorlarını vurğulamaq təklifi edilirdi. Məqsəd, Kremlə təyyarələri "Türkiyə kimi Rusiya üçün dost ölkəyə" qaytarmağa icazə vermək üçün təsir göstərmək idi.  

"BOC Aviation" münaqişə ilə bağlı şərh verməkdən imtina etsə də, Rusiyada 17 təyyarəsinin qaldığını təsdiqləyib. Onlardan iki təyyarə geri qaytarılıb, daha yeddi təyyarə üçün isə Rusiyanın sığorta şirkətləri ilə razılaşmalar əldə edilib.  

Dünyanın ən böyük təyyarə icarəçisi olan və Dublində yerləşən "Aercap" şirkəti, "Ryanair"in qurucusu Toni Rayanın yaratdığı "Guinness Peat Aviation"dan qaynaqlanır. İrlandiyanı qlobal təyyarə icarəçiliyi sənayesinin mərkəzinə çevirən bu öncül şirkət "Aercap"in təməlini qoyub.  

"Aercap" Londondakı məhkəmə işində 116 təyyarə və 23 mühərrikin itirilməsi ilə bağlı mərkəzi rol oynayır. Şirkət 2022-ci ilin noyabrında "Lloyd’s of London", "Chubb European Group", "AIG Europe" və "Swiss Re" də daxil olmaqla 16 sığorta şirkətinə qarşı hüquqi iddia qaldırdı.  

İlkin olaraq itkilərini 3,5 milyard dollar məbləğində qiymətləndirən "Aercap", məhkəmədən kənar sığortaçılarla artıq 1,3 milyard dollardan çox razılaşmalar əldə edib, lakin qalan iddiaları hələ də davam etdirir.  

Dublindəki məhkəmə işində də icarəçilərlə sığorta şirkətləri arasında razılaşmalar davam edir. Miladdan əvvəl "SMBC"ni təmsil edən hüquqşünaslar hakimi məlumatlandıraraq "Swiss Re" ilə açıqlanmayan bir razılaşma əldə etdiklərini bildiriblər.  

Bununla belə, məhkəmənin sonadək gedəcəyi ehtimal olunur. Keçən ay İrlandiya kommersiya məhkəməsi bu işin ən azı daha 12 həftə davam edəcəyini bildirib ki, bu da prosesin aprel ayından əvvəl yekunlaşmayacağını göstərir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

Almaniyanın ABŞ-yə xarici ticarət profisiti rekord səviyyəyə çatıb

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Rusiyadakı 2.5 milyardlıq təyyarələrin "Dublin müzakirəsi" - "The Guardian"

Prezident generalla bağlı sərəncam imzaladı

"SOCAR" Türkiyədəki 2 şirkətini satdı

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bazar günü hava dumanlı olacaq

Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir?

Azərbaycan "DİF"in indeksində ilk pillədə

Dövlət Neft Fondunun daşınmaz əmlak portfelinin dəyəri açıqlanıb

Neftimizin qiyməti 82 dollara yaxınlaşıb

Azərbaycanda 7,5 milyon manatlıq şirkət səhmlərini dövriyyədən çıxarır

Azərbaycanda 7,5 milyon manatlıq şirkət səhmlərini dövriyyədən çıxarır

Bakının mərkəzi küçəsində səkilər zəbt olundu - VİDEO

Daha bir rayonda bu şəxslərə yeni mənzillər veriləcək

Paytaxtın bu ərazisində yeni park salınır

Ərdoğan Azərbaycana yeni səfir təyin etdi (FOTO)

"BofA" və "Goldman Sachs"ın 2025-ci il üçün "Fed" proqnozları - "Bloomberg"

"BofA" və "Goldman Sachs"ın 2025-ci il üçün "Fed" proqnozları - "Bloomberg"

“Gələcəyin şəhəri” sakinlərini qarşılamağa hazırlaşır - Yaşamaq üçün yeganə şərt - SƏHƏR OXUSU

Elon Muskın planı - “500 min “Optimus” robotu istehsal ediləcək”

105 min manat vergi borcu olan şirkət vergi orqanını məhkəməyə verdi

Top-menecer işçiləri həftədə 90 saat işləməyə çağırdı: "Evdə oturub nə edirsiniz?"

"Nvidia", yoxsa AMD? - İki GPU nəhənginin müqayisəsi

Stiv Cobsun dahiyanə işə qəbul və yüksəliş strategiyası: "Rəhbər olmaq istəməyənləri rəhbər et"

Mərkəzi Bank "Finsoil"i inzibati məsuliyyətə cəlb etdi

"Nvidia" Baydendən narazıdır: "Bu, ABŞ-a zərər verəcək"

Silikon Vadisi startapları ötən il 90 milyard dollar sərmayə toplayıb

Silikon Vadisi startapları ötən il 90 milyard dollar sərmayə toplayıb

"Naxçıvan Yol Təchizat"ın 699 minlik tenderi ləğv edildi

"Apple" və "Google" "FaceApp" yükləyən bütün braziliyalılara təzminat ödəyəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin