Britaniyada milyonçu müflis olduğunu elan etdikdən sonra yoxa çıxdı
Britaniyanın "Stenn Technologies" adlı maliyyə texnologiyaları şirkətinin qurucusu Qreq Karpovski müflis olduğunu açıqladıqdan sonra müəmmalı şəkildə yoxa çıxıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Cəmi iki il əvvəl 1 milyard dollar dəyərində qiymətləndirilən "Stenn Technologies" şirkətinin dekabrın 4-də müflis olduğu 250 əməkdaşına Karpovski tərəfindən telefon danışığı vasitəsilə bildirilib. Məlumata görə, o vaxt Karpovski artıq Britaniyada olmayıb.
"Stenn Technologies"in müflis elan edilməsindən sonra onun törəmə şirkətləri də iflas etdiklərini açıqlayıb. Bu müəssisələrin əksər işçiləri işdən çıxarılıb. Bir həftə sonra keçirilən növbəti iclasda isə Karpovski iştirak etməyib.
"Stenn Technologies" əsasən proqram təminatı hazırlamaqla məşğul idi və maliyyə texnologiyaları sahəsində uğurlu bir startap kimi tanınırdı. Şirkətin qısa müddətdə belə süqut etməsinin səbəbləri isə hələ də aydınlaşdırılmayıb.
Qreq Karpovski və "Stenn Technologies"in süqutunun detalları isə hələ də müəmmalı olaraq qalır.
Dekabrın ikinci yarısında "Bloomberg" Sinqapurun neft maqnatı Lim Un Kuinin də müflis olduğunu bildirmişdi. Onun qurduğu "Hin Leong Trading" şirkəti neft məhsulları ticarəti ilə məşğul olur, sürtgü yağları istehsal edir və yükləmə terminalları ilə anbarları idarə edirdi. Lakin COVID-19 pandemiyasından sonra şirkət böyük itkilərlə üzləşərək iflasa uğramışdı.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay