Alyaska ştatı ABŞ hökumətini məhkəməyə verdi
ABŞ-ın Alyaska ştatının hakimiyyəti hazırkı prezident Co Baydenin administrasiyasını məhkəməyə verib. İddiada Bayden administrasiyasının Alyaskadakı federal Arktik milli vəhşi təbiət qoruğunda neft və qaz yataqlarının işlənməsinə qoyduğu məhdudiyyətlərin qanunsuz olduğu qeyd edilir.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məhkəmə iddiasında deyilir ki, Bayden administrasiyasının tətbiq etdiyi məhdudiyyətlər, Konqresin neft və qaz yataqlarının işlənməsinə dair göstərişlərini pozur və gələcəkdə quyuların qazılması və neft kəşfiyyatına ciddi maneələr yaradır.
Alyaska hakimiyyəti, bu məhdudiyyətlərin iqtisadi fəaliyyətə zərər vurduğunu və regionun inkişafını çətinləşdirdiyini iddia edir.
Bundan əvvəl, Bayden administrasiyasının yeni dəniz neft və qaz yataqlarının işlənməsini qadağan etməyi planlaşdırdığı açıqlanmışdı. Bu qadağa, Atlantik və Sakit okean sahilləri, həmçinin Meksika körfəzinin şərq hissəsini əhatə edən 2,5 milyon kvadrat kilometr ərazini əhatə edəcək.
Məqsəd keçmiş prezident Donald Trampın neft və qaz hasilatını artırmaq planlarına mane olmaq və yeni yataqların istismarını məhdudlaşdırmaqdır.
Alyaska ştatı bu məhdudiyyətlərin iqtisadi təsirlərini vurğulayır və federal hökumətin Arktik bölgələrdə neft hasilatını inkişaf etdirmək üçün Konqresin göstərişlərinə əməl etməsini tələb edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay