Dünya
08.01.2025 / 09:46
Polşa ilk AES-in tikintisi üçün təxminən 15 milyard dollar ayıracaq
62743
Polşa hökuməti Baltik dənizi sahillərində ölkənin ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün 60 milyard zlotadan (15 milyard ABŞ dolları) çox vəsait ayırmaq qərarına gəlib.
Bu barədə Polşa Baş nazirinin Dəftərxanasının saytında yayılan məlumatda deyilir.
"Hökumət Polşada ilk atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması barədə qərar qəbul edib. 2025-2030-cu illərdə “Polskie Elektrownie Jądrowe” bu strateji enerji sərmayəsini dəstəkləmək üçün 60,2 milyard zlota alacaq", - açıqlamada bildirilir.
Qeyd edək ki, AES-in tikintisinin ümumi dəyəri 115 milyard zlota (təxminən 28 milyard dollar) qiymətləndirilir. Tikintinin 2026-cı ildə başlaması planlaşdırılır.
©Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay