Ukraynanın dövlət büdcəsinin kəsiri 1,77 trilyon olub
2024-cü ilin dekabrında Ukraynanın dövlət büdcəsinin kəsiri xərclərin bərpası hesabına əhəmiyyətli dərəcədə genişlənib və ilin sonunda təxminən 1,771 trilyon qrivna təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının 2025-ci ilin yanvar ayı üçün makroiqtisadi və monetar icmalında deyilir.
"NBU-nun hesablamalarına görə, illik kəsir 2023-cü il üçün rəqəmi (təxminən 1,771 milyard UAH) üstələyib, baxmayaraq ki, bu, qanunla təsdiq edilmişdən (1,846 milyard UAH) bir qədər azdır", deyə məlumatda qeyd edilir.
Bildirilir ki, dekabrda alınmış rekord həcmdə beynəlxalq yardımlar sayəsində nəinki dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsini ödəmək, həm də 2025-ci ilin əvvəlinə likvidlik ehtiyatı yaratmaq mümkün olub.
Xərclərə gəlincə, dekabr ayında tarixin ən böyüyü olub və artım tempi əhəmiyyətli olaraq qalıb (illik təxminən 25%). Eyni zamanda, ilin yekunlarına görə, xərclər kifayət qədər artıb (yıllıq təxminən 12%).
Müdafiə, təhlükəsizlik və sosial proqramlar əsas xərc sahələri olaraq qalıb. Həmçinin dekabr ayında əsaslı məsrəflər, ilk növbədə, hərbi ehtiyaclar və təmir işləri, habelə zədələnmiş əmlaka görə vətəndaşlara kompensasiya ödənilməsi hesabına artmaqda davam edib.
Qeyd edib ki, Ukraynanın 2023-cü il dövlət büdcəsinin kəsiri 1,33 trilyon qrivnaya çatıb və bu da 2022-ci illə müqayisədə 418,9 milyard qrivna çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay