Yaponiyada 2024-cü il ən isti il kimi tarixə düşüb
2024-cü ildə Yaponiyada orta temperatur rekord həddə çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Kyodo News" Yaponiya Meteorologiya İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.
2024-cü ildə Yaponiyada orta temperatur 2020-ci ilə qədər olan 30 illik dövrlə müqayisədə 1,48 dərəcə Selsi yüksək olub. Əvvəlki ildə bu fərq 1,29 dərəcə Selsi təşkil edib.
Son illərdə ölkədə davamlı yüksək temperatur tendensiyası müşahidə olunub, 2019-2024-cü illər ən isti dövr olub.
Rekord yüksək orta temperatur keçən ilin payızında qeydə alınıb və yay ən isti kimi tarixə düşüb. Ən yüksək orta aylıq temperatur aprel, iyul və oktyabr aylarında Yaponiyada qeydə alınıb.
Yaponiyada 2024-cü ildə ən yüksək temperatur - 41 dərəcə iyulun 29-da Toçiqi prefekturasının Sano şəhərində qeydə alınıb.
Son 11 ildə havanın temperaturunun 30 dərəcəni keçmədiyi Tokioda 2024-cü il oktyabrın 19-da 30,1 dərəcə qeydə alınıb.
Ümumilikdə, ən şimaldakı Hokkaydo adası və ölkənin mərkəzi hissəsindəki Hokuriku bölgəsi istisna olmaqla, Yaponiyanın hər bölgəsində 2024-cü ildə rekord yüksək orta temperatur qeydə alınıb. Eyni zamanda, 153 yaşayış məntəqəsindən 111-də yeni temperatur rekordları qeydə alınıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay